Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI
741
19 Feb 2026 | 18:26

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayına komandir TƏYİNATI

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayının komandiri vəzifəsinə təyinat həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Mühafizə alayının komandirinin müavini polkovnik-leytenant  Bəxtiyar Məmmədov alayın komandiri vəzifəsinə təyin olunub.
 

Bəxtiyar Məmmədov 1987-ci ildə anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2010-cu ildə daxili işlər orqanlarında başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2024-cü ilin iyun ayından xidmətini ədliyyə orqanlarında davam etdirərək Mühafizə alayının komandirinin müavini vəzifəsinə təyin edilib.


Məlumat üçün qeyd edək ki, Bəxtiyar Məmmədova 2025-ci ilin sentyabr ayından etibarən Mühafizə alayının komandiri vəzifəsinin icrası həvalə edilib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər