Bizi sosial şəbəkələrdən izləyin:
"Çex Respublikası və Azərbaycan arasında ikitərəfli münasibətlər sürətlə inkişaf edir".
Bunu Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik deyib.
"İqtisadiyyat və enerji sahəsində əməkdaşlıq bizim üçün prioritetdir. Çex Respublikası şirkətləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin qurulmasında iştirak edib", - səfirin müavini bildirib.
O, bir çox azərbaycanlı tələbənin Çexiya universitetlərində təhsil aldığını nəzərə çatdırıb.
D.Putik vurğulayıb ki, iki ölkə arasında mədəni əlaqələr də inkişaf etdirilir: "Belə ki, Anarın, Cəlil Məmmədquluzadənin əsərləri çex dilinə, ötən il isə Karel Çapekin “Ağ xəstəlik” əsəri Azərbaycan dilinə tərcümə olunub".