ABŞ qoşunları İraqdan çıxarılır - VİDEO
743
18 Jan 2026 | 14:09

ABŞ qoşunları İraqdan çıxarılır - VİDEO

İraq Müdafiə Nazirliyi Amerika qoşunlarının Ayn əl-Əsəd hərbi bazasından çıxarıldığını rəsmi şəkildə təsdiqləyib.

Bizim.Media xəbər verir ki, nazirliyin açıqlamasına görə, əvvəllər ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin yerləşdiyi baza artıq tam şəkildə İraq ordusunun nəzarətinə keçib.

Məlumata görə, Amerika hərbçilərinin bazadan çıxarılması Vaşinqton və Bağdad arasında əldə olunmuş razılaşmanın bir hissəsidir. Həmin razılaşmaya əsasən, koalisiya qüvvələrinin bir hissəsi 2025-ci ilin sentyabr ayına qədər, qalan hissəsi isə 2026-cı ilin sonunadək İraq ərazisini tərk etməlidir.

Hazırda İraqda ümumilikdə təxminən 2500 Amerika əsgərinin yerləşdirildiyi bildirilir. Rəsmi Bağdad ABŞ qüvvələrinin mərhələli şəkildə çıxarılmasının ölkənin suverenliyinin gücləndirilməsi baxımından mühüm addım olduğunu vurğulayır. (Sputnik Iran)


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər