“Kəpəz” gürcü müdafiəçi transfer etdi
311
13 Jan 2026 | 19:38

“Kəpəz” gürcü müdafiəçi transfer etdi

"Kəpəz" qış fasiləsində növbəti transferini reallaşdırıb.

Bizim.Media xəbər verir ki, "sarı-göylər" heyətini gürcüstanlı müdafiəçi Mate Abuladze ilə gücləndirib. 

25 yaşlı futbolçu ilə növbəti mövsümün sonunadək müqavilə imzalanıb.

Mate Abuladze mövsümün ilk yarısını Gürcüstanın “Samqurali” klubunda keçirib. 2024-cü ildən Tsxaltubo təmsilçisinin formasını geyinən müdafiəçi bu müddət ərzində 49 oyunda meydana çıxaraq 2 qola imza atıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Link kopyalandı!
Son xəbərlər