14:00
11°C
Bakı
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistanın xarici işlər naziri və Aİ-nin Ali Nümayəndəsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesi barədə danışıblar.
Görüşdə tərəflər Laçın-Xankəndi yolu ətrafındakı son vəziyyət barədə də fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüş Ermənistan XİN başçısının Brüsselə səfəri çərçivəsində baş tutub.(apa)