İtaliyalı vitse-rektor:
Siyasət
3688
25 Jan 2023 | 18:20

İtaliyalı vitse-rektor: "Azərbaycanla güclü dostluq münasibətləri mövcuddur"

“Azərbaycan və İtaliya arasında güclü dostluq münasibətləri mövcuddur”.

Bunu Luiss Universitetinin Xarici Əlaqələr üzrə vitse-rektoru Rafaello Marketti bildirib. Onun sözlərinə görə, bu əlaqələr yalnız neft sektorunu deyil, insan kapitalı, təhsil və təlimləri əhatə edir:

“İtaliya-Azərbaycan Universitetinin italyan ali təhsil qurumları ilə birgə təklif etdiyi ilk magistr proqramı layihəsinin bir hissəsi olmaqdan çox məmnunuq. Bu layihə Azərbaycanda insan kapitalının güclənməsinə töhfə verəcək və eyni zamanda Azərbaycan və İtaliya arasında bağları daha da sıxlaşdıracaq. Bu, ölkənin qeyri-neft sektoru ilə bağlı sənayesinin bir üzüdür.

Bu layihəyə İtaliyanın beş aparıcı universiteti cəlb olunub. ADA ilə həyata keçirdiyimiz layihə, biznes, urban dizayn, mühəndislik sahələrini əhatə edir”.

Rektor deyib ki, bu layihə son nəticədə Azərbaycan iqtisadiyyatının qabiliyyətinin və imkanlarının güclənməsinə töhvə verəcək və qlobal iqtisadiyyatda vacib rol oynamağına təkan verəcək:

“Luiss Universiteti olaraq ADA ilə birlikdə yeni magistratura proqramının əsasını qoyuruq ki bu da Qlobal idarəçilik və siyasətlə bağlıdır. Biz İtaliyadakı ən yaxşı təcrübəmizi Azərbaycanla bölüşəcəyik. Bu layihə həmçinin ictimai və özəl sektora töhfə verəcək. Artıq Agentliklər və İqtisadiyyat Nazirliyi layihəyə dəstəyini ifadə edib. Çünki bu layihə ölkənin bütövlükdə iqtisadi sektoru üçün önəmlidir.

Biz əminik ki, bu layihə bizim azərbaycanlı dostlarımız üçün çox əhəmiyyətli nəticələr verəcək və iki ölkə arasında artıq ən yüksək səviyyədə olan münasibətləri və dostluğu daha da gücləndirəcək”(apa)

Link kopyalandı!
Son xəbərlər