Vladanka Andreyeva: “BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda Azərbaycanı dəstəkləyir”
3165
24 Jan 2023 | 15:33

Vladanka Andreyeva: “BMT Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda Azərbaycanı dəstəkləyir”

“BMT Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün göstərdiyi səylərdə Azərbaycanı dəstəkləyir”.
 
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) regional seminarında deyib.
 
O qeyd edib ki, Azərbaycanın hərtərəfli inklüziv inkişaf üçün güclü institutlara ehtiyacı var. BMT də öz növbəsində ölkənin bu istiqamətdə səylərini dəstəkləyir.
 
Onun sözlərinə görə, DİM-lərə nail olmaq həmçinin ərzaq təhlükəsizliyi sahəsində də vacib əhəmiyyət kəsb edir.
 
“Dünyada ərzaq qıtlığı artır, pandemiya aclığı sürətləndirib və Ukraynadakı müharibə nəticəsində qlobal təchizat zəncirləri qırılıb. Dünyada orta hesabla hər üç nəfərdən biri kifayət qədər normal şəkildə qidalana bilmir”, - deyə o vurğulayıb.
 
Vladanka Andreyeva həmçinin əlavə edib ki, vəziyyətin müsbət istiqamətdə dəyişməsi üçün səylərin birləşdirilməsi zəruridir.
 
Link kopyalandı!
Son xəbərlər