Azərbaycan XİN-dən Avstriyaya cavab: “Blokada ilə bağlı iddiaların heç bir əsası yoxdur” - FOTO
3191
18 Jan 2023 | 15:08

Azərbaycan XİN-dən Avstriyaya cavab: “Blokada ilə bağlı iddiaların heç bir əsası yoxdur” - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqə cavab verib.
 
XİN-in mətbuat katibi Ayxan Hacızadə “Twitter”də yazıb:
 
“Cənab nazir, Laçın yolu açıqdır, hərəkət azadlığı təmin edilir. 2022-ci ilin dekabrın 12-dən dekabrın 15-dək Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin 644 texnikası və yerli erməni sakinlər hər iki istiqamətdə hərəkət ediblər. Blokada ilə bağlı iddiaların heç bir əsası yoxdur”.
 
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı ilə görüşüb. Aleksandr Şallenberq görüş barədə məlumat verərkən Azərbaycana Laçın yolunu açmaq barədə çağırış edib.

Link kopyalandı!
Son xəbərlər