BAXCP qardaş Türkiyəni Azərbaycanı yarı yolda buraxmamağa çağırır... - BƏYANAT
5734
17 Jan 2023 | 21:19

BAXCP qardaş Türkiyəni Azərbaycanı yarı yolda buraxmamağa çağırır... - BƏYANAT

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Şuşa-Laçın yolunda ekofəalların təşkil etdiyi aksiya ətrafında baş verən proseslərlə bağlı bəyanatla çıxış edib.
 
Bəyanatda deyilir:
 
“Azərbaycan dövlətinin Qarabağ üzərində dövlət suverenliyini tam bərpa etməsi üçün əlverişli geosiyasi şərait yaranıb. Məhz indi, Qarabağda etnik təmizləmə və azərbaycanlılara münasibətdə soyqırım cinayətlərinin törədilməsi ilə yaradılmış qanlı seperatçı rejimin fəaliyyətinə son qoyulmalıdır. BAXCP hesab edir ki, Azərbaycanın silahlı qüvvələri Xankəndinə daxil olmayana və terrorçular tərkisilah edilməyənə qədər indiki şərtlər altında Qarabağda dövlət suverenliyimizin tam bərpası qeyri-mümükün görünür. Çünki regionda maraqları olan böyük güclər Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini və Qarabağ üzərində dövlət suverenliyinin bərpa olunmasını istəmirlər. Hazırda həmin dövlətlər Ukraynada müharibəyə cəlb olunduğundan Azərbaycan öz ərazisində dövlət suverenliyinin bərpası üçün antiterror əməliyyatları da daxil olmaqla qəti addımlar atmalıdır.
 
BAXCP hesab edir ki, Ermənistanın baş naziri Paşinyan 10 noyabr 2020-ci il tarixli Birgə Bəyanatın icrası və sülh sazişinin imzalanması üçün müvafiq addımlar atmağa cəsarət etmədiyindən onun devrilməsi və revanşist qüvvələrin Ermənistanda hakimiyyətə gəlməsi reallığa çevrilməkdədir. Azərbaycan xüsusi missiya ilə Qarabağa göndərilmiş Ruben Vardanyanın Xankəndində “real hakimiyyəti” öz əlində cəmləməsinə imkan verməməlidir. Revanşistlərin hakimiyyəti ələ keçirməsi gələcəkdə etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərində dövlət suverenliyimizin bərpası üçün daha çox əsgər və zabitimizin həyatını itirməsinə, yaxud danışıqların sonsuzluğa qədər davam etdirilməsinə yol aça bilər.
 
BAXCP qardaş Türkiyə Respublikasını da Azərbaycanı yarı yolda buraxmamağa, Azərbaycanın ərazi bütövlüyünün tam təmin etməsi üçün Rusiya ilə ciddi danışıqlar aparmağa, ona təsir göstərməyə çağırır”.
Link kopyalandı!
Son xəbərlər