Bizi sosial şəbəkələrdən izləyin:
“İranın teokratik molla rejimi aylardır bütün repressiyalara, edamlara baxmayaraq xalq etirazlarını qarşısını ala bilmədi və bundan sonra da ala bilməyəcək. Başda Azəraycan türkləri olmaqla İran adlanan zindanda əzilən xalqlar azadlıqlarına qovuşacaqlar”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, proseslərin gedişatı artıq əminlik yaradır ki, İran molla rejimi bundan sonra uzun müddət hakimiyyətdə qala bilməyəcək. Bu rejim xalqa qarşı cinayətlər törədib və təəssüf ki, cinayətlərini hər gün davam etdirir. Hüquqlarını tələb edən insanlar edama məhkum edilir, təkcə son 3 ayda yüzlərlə insanı qətlə yetiriblər. Minlərlə günahsız insanı həbs atıblar. Bütün bunlara baxmayaraq xalq etiraz aksiyalarını hər gün davam etdirir. Xalq artıq bu amansız rejimin hakimiyyəti altında yaşamaq istəmir. Nəticədə molların sosial dayaqları dağılır. Bu həbslər, ölümlər xalqı yolundan döndərmir:
“Tehran rejimi xalqın bu dirənişinin qarşısında bundan sonra çox da tap gətirə bilməyəcək. Molla rejimi 40 milyonluq Cənubi Azərbaycanın haqqına qovuşmaması üçün hər cür təzyiqlərə əl atır. Ancaq bunun qarşısını da ala bilməyəcək. Rejim İran Ordusunun 70%-nin türk olduğunu çox yaxşı bilir. Və onu da çox yaxşı bilir ki, Azərbaycan türkləri öz dövlətlərini quracaqlar. İranda keçirilən aksiyaların sonu həm də Cənubi Azərbaycan dövlətinin yaranmasına gətirib çıxarda bilər. Ona görə də rejim ən sərt nəzarəti məhz Güney Azərbaycan ərazilərində həyata keçirməyə çalışır. Rəsmi telekanallarında ünvanımıza ağızlarına gələn təhqirləri, təhdidləri həyata keçirdirlər”.
Partiya rəsmisi qeyd edib ki, rejimin müstəqil Azərbaycan Respulikasına qarşı təbliğatı, hədələri Güney Azərbaycanda yaşayan soydaşlarımızın molla rejiminə qarşı qəzəbini daha artırır. Azərbaycanı qarşı hücumlar İrandakı rejimin ömrünü daha da qısaldır.