Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə bölgədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
2880
02 Jan 2023 | 15:39

Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə bölgədəki vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı baş tutub.
 
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
 
Telefon danışığı zamanı tərəflər Azərbaycanla BƏƏ arasında mövcud olan ikitərəfli və beynəlxalq platformalarda münasibətlərin yüksək səviyyəsini məmnunluqla qeyd ediblər və əlaqələrin gələcək perspektivlərini müzakirə ediblər.
 
Nazirlər yeni 2023-cü ildə siyasi, iqtisadi, ticarət və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar. 
 
Nazir Ceyhun Bayramov həmkarını bölgədəki vəziyyət, habelə post-münaqişə dövründə ölkəmiz tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlandırıb. 
 
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə edilib.
 
Link kopyalandı!
Son xəbərlər