Bakıda nömrəsiz avtomobil idarə edən qazi SAXLANILDI
538
25 Nov 2025 | 16:32

Bakıda nömrəsiz avtomobil idarə edən qazi SAXLANILDI

Paytaxtda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Bakının Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən avtomobillə bağlı yayılan görüntülər araşdırılıb.

Araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər