Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO
3901
31 Dec 2022 | 12:12

Britaniya səfiri Azərbaycan xalqını təbrik etdi - VİDEO

Böyük Britaniya səfiri Fergus Auld Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında paylaşım edib.
 
“Bu il möhtəşəm bir il oldu. 2023-cü ildə qarşımızda daha böyük hədəflər dayanır və onlara birgə nail olacağımıza inanıram. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Bütün Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm!”, - paylaşımda deyilir.
 
Səfir videomüraciətində 2022-ci ilin Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər baxımından əlamətdar il olduğunu, bu il ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini nəzərə çatdırıb.

Link kopyalandı!
Son xəbərlər