Lavrov: “Rusiya rəsmi İrəvan ilə Bakı arasında münasibətlərin normallaşması prosesinə kömək edir”
Siyasət
3429
29 Dec 2022 | 11:24

Lavrov: “Rusiya rəsmi İrəvan ilə Bakı arasında münasibətlərin normallaşması prosesinə kömək edir”

"Rusiya Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə hər cür kömək göstərir".
 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
 
Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar gedir və məhz onlar təmasların dinamikasını təyin edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirirlər.
 
"Həm Azərbaycan, həm də Ermənistan ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə azərbaycanlı və ermənistanlı dostlarımızın maraqlı olduğu istənilən formada və həcmdə hər cür yardım göstərir - ", - S.Lavrov vurğulayıb.
 
Xatırladaq ki, sülh müqaviləsinin hazırlanması məsələlərini müzakirə etmək üçün dekabrın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Lakin rəsmi İrəvanın görüşdə iştirakdan imtina etməsi səbəbindən danışıqlar ikitərəfli formatda, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın XİN rəhbəri və Sergey Lavrov arasında aparılıb.
Link kopyalandı!
Son xəbərlər