Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırdı
3122
27 Dec 2022 | 17:45

Kreml Ermənistan Təhlükəsizlik Şurasının katibini təxribatçı adlandırdı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı təxribatçı adlandırıb.
 
“Bu bəyanat həqiqətə uyğun olmayan təxribat sayıla bilər”, - Kreml sözçüsü vurğulayıb.
 
Onun sözlərinə görə, A.Qriqoryanın fikirləri həqiqətə uyğun deyil: 
 
“Rusiyanın rəsmi şəxslərindən heç kim heç bir vasitə ilə Ermənistan tərəfə bu barədə bir söz deməyib”.
 
Xatırladaq ki, A.Qriqoryan Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu bildirib. O daha sonra əlavə edib ki, Rusiya Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə və yaranmaqda olan Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağa məcbur edir. /Oxu.az/
 
Mənbə: news.am
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər