Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə nələri müzakirə etdi? – FOTO
314
07 Nov 2025 | 17:07

Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə nələri müzakirə etdi? – FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun nümayəndə heyəti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün "X" hesabında paylaşım edib.

"NATO-ya üzv dövlətlərin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam.

Görüş zamanı səmərəli və uğurlu NATO–Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr apardıq, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycan–Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi etdik", - paylaşımda qeyd olunub.


Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər