3068
16 Dec 2022 | 15:06

"Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli zirvə görüşü tarixi əhəmiyyətli hadisədir"

Dekabrın 14-ü Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının iştirakı ilə birinci üç tərəfli zirvə görüşünün keçirilməsi tarixi əhəmiyyət kəsb edən hadisədir. Eyni soykök, ortaq tarixi və mədəni keçmişimiz üç tərəfli əlaqələrimizin inkişafının təməlini təşkil edir. Bundan əlavə, xalqlarımızı dil və din eyniliyi də birləşdirir.  Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri dinamik xəttlə inkişaf edir. Həmçinin Türkmənistanla qarşlıqlı əlaqələr yeni reallıqlara uyğun inkişaf edir, starateji səviyyəyə yüksəlir.  Ölkə başçımız, cənab İlham Əliyev,  səfərinin məqsədini ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahalərdə əməkdaşlığın gücləndirilməsinə tövhə verəcəyini bildirməsi,  münasibətlərin müsbət dinamika ilə irəlilədiyini göstərir.  Xüsusi ilə son illərdə Türk dövlətləri arasında iqtisadi, strateji münasibətlərin dərinləşməsi fonunda,  ölkələr arasdında ikili və üç tərəfli formatda əlaqələr genişlənir. 
 Nəqliyyat, tranzit potensialının bütövlükdə reallaşdırılması hər üç ölkə üçün xüsusi əhəmiyyətə malikdir. Türkmənistan neft- qaz istehsal edən dövlətdir və qaz ehtiyyatları baxımından dünyada dördüncü yerdədir. Azərbaycan və Türkmənistanın enerji ehtiyyatları baxımından zənginliyi Türkiyə ilə birləşərək hər üç ölkəni qlobal enerji mərkəzlərindən birinə çevirəcək. Zirvə görüşü çərçivəsində enerji, nəqliyyat infrastrukturu və logistika sahəsində mühüm müqavilələr imzalandı.  Azərbaycanın nəqliyyat imkanları Türkmənistan qazının bir hissəsini  cənub qaz dəhlizi  vasitəsilə Türkiyə bazarına çıxarılmasını mümkün edir. Həmçinin Türkmənistan qazının Azərbaycan qazı ilə birləşərək Türkiyə üzərindən  Avropaya çatdırılması aktual məsələlərdən biridir. Nəzərə alsaq ki, Rusiyanın məlum səbəblərdən dolayı  Avropaya enerji nəqlini dayandırması və Qoca qitənin  üzləşdiyi  enerji böhranı, Avropanı yeni mənbələr axtarmaq məcburiyyətində qoyur.  İndiki halada ölkəmizin enerji ehtiyyatları və inkişaf etmiş tranzit imkanları Avropa üçün mühüm əhəmiyyət kəsb edir və əlavə olaraqda Türkmənistanın enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya çatdırılması Şərq-Qərb Transxəzər nəqliyyat dəhlizinin gücləndirilməsinə və Avropanın enerji təhlükəsizliyinə mühüm tövhə verəcək. 
Birinci üç tərəfli zirvə görüşü siyasi cəhətdən xüsusi önəm kəsb edir.  Azərbaycan və Türkiyənin liderliyi ilə qurulan  Türk Dövlətləri Təşkilatı sürətlə gələcəyin güc mərkəzlərindən birinə çevrilir. Digər güc mərkələrinin indidən  özlərinə potensial rəqib kimi gördükləri bu təşkilatda, Türkmənistan müşahidəçi üzv qismində iştirak edir. Təşkilatın böyüməsi və əhatə dairəsini genişləndirməsi üçün rəsmi Aşqabadın təşkilata  daimi üzlüyü vacib məsələdir.  Zirvə  görüşündən sonra  əminliklə demək olar ki, yaxın zamanlarda bu istiqamətdə ciddi addımlar atılacaq. Aşqabadın Türk Dövlətləri Təşkilatında təmsil olunması mühüm əhəmiyyətə malikdir.  Türmənistan Mərkəzi Asiyaya açılan qapıdır və  bu üstünlük regionda varlığını göstərmək istəyən  güclər üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan  ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə  inkişafı,  bütövlükdə regionda varlığımızı gücləndirməyə ciddi təkan verəcəkdir.
 
Pərviz Mirizadə, 
AVP sədrinin Beynəlxalq məsələlər üzrə köməkçisi
Link kopyalandı!
Son xəbərlər