AVP Azərbaycan Vətəndaş Cəmiyyəti fəallarının etiraz aksiyasını dəstəkləyir
Siyasət
3938
12 Dec 2022 | 15:36

AVP Azərbaycan Vətəndaş Cəmiyyəti fəallarının etiraz aksiyasını dəstəkləyir

Ana Vətən Partiyası Azərbaycan Vətəndaş Cəmiyyəti fəallarının etiraz aksiyasını dəstəkləyən bəyanat  yayıb.
 
Moderator.az bildirir ki, bəyanatda deyilir:
 
"10 noyabr 2020-ci il Bəyanatının 3-cü maddəsinə əsasən  atəşkəsin təmin olunması üçün müvəqqəti olaraq Qarabağ İqtisadi rayonuna yerləşdirilən Rusiya sülməramlıları ilk gündən başlayaraq suverenliyimizə ciddi təhdid yaradan hərəkətlərə yol verir. Onlar açıq şəkildə separatçıları müdafiə edir, qondarma qurumun qanunsuz əməllərinə dəstək verir, Azərbaycanın icazəsi olmadan 27 nəfər İran diversantının və üçüncü ölkə vətəndaşlarının Qarabağa qanunsuz daxil olmasına şərait yaradır. İmzalanan  Bəyanata əsasən bölgədə qanunsuz fəliyyət göstərən  erməni silalı dəstələrinin  tərkisilah edilməsi və Azərbaycan ərazisindən çıxarılması sülməramlıların əsas vəzifələrindən biri olmasına baxmayaraq, reallıq bunun əksini göstərir. Rusiya hərbiçilərinin fəal yardımı ilə separatçılar silahlandırılır, onlara hərbi dərslər və döyüş qabiliyyətinin artırılması üçün məşqlər keçirilir, törədilən təxribatlara geniş imkanlar yaradılır.
 
Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının vəhşicəsinə və qeyri qanuni istismar edilməsinə, ölkəmizin təbii sərvətlərinin talan olunmasına geniş şərit yaradan Rusiya Sülməramlıları açıq şəkildə ermənipərəst möqe nümayiş etdirir, Azərbaycanın müvafiq qurumlarının qanuni haqqı olan monitorinq keçirməyə müqavumət göstərir, açıq şəkildə erməni quldarlarına dəstək verir.
 
Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökümət təşkilatlarının, KİV-in müşayətilə bu gündən Şuşada başlayan etiraz aksiyası məhz Rusiya sülməramlılarının cani erməni separatçıları ilə birlikdə suverenliyimizə törətdikləri təhdidlərinin nəticəsidir. 
 
Ana Vətən Partiyası Azərbaycan Vətəndaş Cəmiyyəti fəallarının etiraz aksiyasını dəstəklədiyini, onlarla bərabər olduğunu bildirir, Rusiyanın erməniməramlı, erməniyanlı silahlı qüvvələrinin fəaliyyətini qətiyyətlə pisləyir, Kremlin hərbi-siyasi rəhbərliyindən Rusiya silahlı qüvvələrinin Azərbaycanın suverenliyinə təhlükə yaradan fəaliyyətinə son qoymağı tələb edir".
 
Link kopyalandı!
Son xəbərlər