"Taxtakörpü" su anbarında batan şəxsin meyiti çıxarılaraq təhvil verildi
184
18 Oct 2025 | 21:23

"Taxtakörpü" su anbarında batan şəxsin meyiti çıxarılaraq təhvil verildi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə “Taxtakörpü” su anbarında 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər