Qafqaz danışıqları üzrə baş müşavir Ceyhun Bayramovla görüşəcək
3148
28 Nov 2022 | 14:05

Qafqaz danışıqları üzrə baş müşavir Ceyhun Bayramovla görüşəcək

Ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
 
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Rikeri qəbul edib. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.
 
Link kopyalandı!
Son xəbərlər