Siyasət
3366
23 Nov 2022 | 20:54

"Fransa Ermənistanı keçi qiymətinə satacaq"

Ermənistanın son aylar anti-Azərbaycan fəaliyyətini gücləndirərək Senatda və Frankofoniya Təşkilatında qəbul edilmiş qondarma qərarlar erməni siyasətçilərində sevinc yaratmayıb.
 
Siyasi elmlər doktoru Artur Xaçikyanın yerli mediaya istinadən dedikləri bunun təsdiqidir. “Biz daha emosional yanaşırıq. Pelosinin səfərini xatırlayın, vədlər verildi, amma bundan sonra heç nə olmadı. Fransaya gəlincə, iki il əvvəl Fransa Senatı Fransanı "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qətnamə qəbul edib. Heç bir təsiri olmadı. Sonra Makronun çox gözəl çıxışı oldu, o, Ermənistanın və ermənilərin yanında olduğunu və erməniləri tərk etməyəcəyini söylədi - yenə də heç nə", - deyə Xaçikyan şikayətlənib. Fransa Senatının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsindən danışan Xaçikyan deyib ki, “bu qərar çətin ki, hər hansı real nəticəyə gətirib çıxara biləcək”. Beynəlxalq Frankofoniya Təşkilatının 18-ci zirvə toplantısında Azərbaycanı təcavüzdə ittiham etmək cəhdlərinin alınmaması da erməni siyasi ekspertləri “Emmanuel Makronun imicinə vurulan güclü zərbə” hesab edirlər. Politoloq Argişti Kiviryan bildirib ki, Fransa ermənilərlə flört etməkdə kifayət qədər zəngin təcrübəyə malikdir. O hesab edir ki, indi Fransa qətnaməni Azərbaycanla “ticarət” obyektinə çevirəcək. Politoloq deyib ki, “əgər Fransa doğrudan da İrəvana kömək etmək istəsəydi, o zaman müharibə zamanı Ermənistanı silah, sursat və kəşfiyyat məlumatları ilə təmin edərdi”.
 
Politoloq bildirib ki, “Azərbaycan fransızların yaratdığı peyk sistemlərindən kifayət qədər çoxlu kəşfiyyat məlumatı alır. Əgər Fransa hazırda Ukraynaya verilən silahların ən azı 10 faizini Ermənistana versəydi, bu, indiki bütün, hətta hüquqi qüvvəsi olmayan bəyanatlardan 100 dəfə təsirli olardı. Siyasətdə belə bəyanatlara qarşı tərəfə, indiki halda Azərbaycana ünvanlanan "ticarət təklifləridir". Beynəlxalq münasibətlər üzrə ekspert Suren Sərkisyan da təxminən eyni pessimist ruhda danışıb. O, senatın Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini tövsiyə xarakterli olduğunu bir daha vurğulayır. “Avropa Parlamentlərinin Bakı və Ankara ilə bağlı onlarla belə tövsiyə xarakterli qətnamələri var, amma heç bir dəyəri yoxdur”, - deyə o bildirib.
 
Daha bir erməni politoloq Stepan Danielyanın fikrincə isə Fransa Cənubi Qafqaz regionunda baş verən proseslərə təsir etmək istəyir və Paris “böyük ticarətdə” Ermənistanın tərəfində olmağa məcburdur. O hesab edir ki, Paris Azərbaycan və Türkiyədən müəyyən dividentlər müqabilində Ermənistanın maraqlarını asanlıqla qurban verə bilər. Göründüyü kimi, Paşinyandan fərqli olaraq, erməni ekspertlər əslində nə baş verdiyinin fərqindədirlər. Hətta indi onlara ən yaxın olan Makrona belə şübhə edirlər.
 
Əhəd Məmmədli: "Prezidentin Rusiya və İranla bağlı bəyanatları mühüm və zəruridir”
 
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bir əsrdən sonra tarixin təkrarlandığını bildirdi: “Tarix ermənilərə heç nəyi öyrətmir. 100 il bundan əvvəl Qərb və Rusiya ağılsız düşmənlərimizə "böyük Ermənistan" vəd etdilər. ABŞ-ın o vaxtkı sözün əsl mənasında ermənipərəst prezidenti Vudro Vilsonun masasında hətta “böyük Ermənistan”ın xəritəsi də var idi. Ermənilər qərblilərin bu vədlərinə inanaraq doğma ölkələri Osmanlı Türkiyəsinə qarşı xəyanət etdilər, üsyan qaldırdılar. Nə amerikalılar, nə ingilislər, nə fransızlar, nə də ruslar ermənilərə görə türklərlə savaşa girmədi. 100 ildən sonra tarix təkrarlanır. Yenə ermənilər fikirləşirlər, inanırlar, arzu edirlər ki, amerikalılar, fransızlar və ruslar onlara görə Türkiyə və Azərbaycanla savaşacaq. Pelosi və ya Makron, Vudro Vilsondan daha çox ermənipərəst olmayacaqlar. Bunu ermənilər arasında anlayanlar da var. Ona görə də bəzi erməni politoloqların realist açıqlamaları təbiidir".
 
Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub
 
Niyaməddin Orduxanlı
 
BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Ermənistandan istifadə olunduğunu qeyd etdi: “Həm Amerika, həm də Rusiya öz maraqları naminə istənilən zaman öz yaxın müttəfiqlərini belə satmağa hazırdılar. Və hər an bu baş verə bilir. Bu baxımdan deyilir ki, siyasətdə daimi dostluq və ya düşmənçilik olmur. Daimi maraqlar olur. Bu gün bu iki ölkə arasında öz maraqları üçün, qazanc və mənfəət əldə etmək üçün dövlətləri qurban verə bilirlər. Fransa da hər an can-başla müdafiə etdiyi Ermənistan dövlətini sata bilər. Ermənistandan bu gün daha çox istifadə olunur. Əvvəllər yalnız Rusiya istifadə edirdi, xüsusən də Azərbaycana qarşı. Ancaq Paşinyan hakimiyyətə gələndən sonra Qərb, Fransa və Amerika da öz maraqları naminə Ermənistandan istifadə edir. Dünyanın ən güclü diasporasından biri olan ermənilər bütün imkanları ilə anti-Azərbaycan fəaliyyətini aparır. Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qərar da bunun nəticəsidir. Senatın qəbul etdiyi qərar tövsiyə xarakterlidir, icraedici deyil. Ermənilər də bunu çox yaxşı başa düşürlər. Ona görə şikayət edirlər ki, 2 il qabaq da Fransa Senatı bu cür qərar qəbul etmişdi, nəyə nail olundu ki? Heç nəyə! İndi də heç nəyə nail ola bilməyəcəklər. Çünki cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyini çox yaxşı bilirlər. Bilirlər ki, Azərbaycan bir qarış torpağını heç kimə güzəşt etməyəcək. Ermənilər çox yaxşı başa düşür ki, Fransa Senatının qəbul etdiyi qərar həm də Azərbaycanla Fransa arasında müəyyən nəticələrin əldə olunmasına hesablanıb. Söhbət iqtisadi qazancdan gedir. Bilirsiniz ki, bu gün Fransanın iri şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Neft, qaz sənayesində iş qurublar. Fransa bu gün Cənubi Qafqazda öz maraqları üçün dəridən-qabıqdan çıxır. Zamanı gələndə hamımız görəcəyik ki, Fransa Ermənistanı keçi qiymətinə satacaq. Yaxın zamanlarda biz bunun şahidi olacağıq”.
 
Arxaya körpü" edin... - Kənan Novruzov yazır
 
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzovun fikrincə, əgər əvvəllər müzakirə mövzusu Azərbaycanın ərazi bütövlüyü idisə, indi münasibətlərin normallaşmasıdır: “Əvvəllər də dediyimiz kimi, Cənubi Qafqazda ABŞ-la Rusiya arasında mübarizə gedir. Hər iki dövlət buradakı mövqelərini gücləndirmək istəyirlər. Və bunun üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması "kartından" istifadə etməyə çalışırlar. Əgər əvvəllər müzakirə mövzusu Azərbaycanın ərazi bütövlüyü idisə, indi münasibətlərin normallaşmasıdır. Həm ABŞ, həm də Rusiya çalışır ki, sülh müqaviləsi öz moderatorluqları ilə imzalansın. İntensivləşən təmaslar da bu baxımdan qiymətləndirilməlidir. Əslində Vaşinqtonla Moskva arasındakı rəqabət bizə sərf edir. Çünki mübarizə yeni imkanlar ortaya çıxarır. Rəsmi Bakı bu fürsətlərdən yararlana bilər. Buna baxmayaq, Ağ Evdən və Kremldən verilən hansısa açıqlamanın səmimiliyinə inanmaq olmaz. Biz dövlətlərin hər ikisinin “fəaliyyətinə” bələdik. Onlar 30 il vasitəçi kimi heç bir işlə məşğul olmayıb, sadəcə, konfliktin uzanmasına çalışıblar. Bu mənada indi onların səmimiliyinə inanmaq sadəlövhlük olar. Dediyim kimi, iki dövlətin rəqabəti nəticəsində yaranan fürsətlərdən istifadə etməli, təmaslardan imtina etməməliyik. Amma elə etmək lazımdır ki, hər iki dövlətin proseslərə təsir imkanı minimum olsun. Əks halda, gələcəkdə ciddi problemlə üzləşə bilərik. Buna imkan vermək olmaz".
Link kopyalandı!
Son xəbərlər