Siyasət
4128
16 Nov 2022 | 13:23

"İranın bu mənasız cəhdləri ölkəmizi tutduğu yoldan döndərə bilməz..." - Aydınlar Partiyası

İran bir dövlət kimi Azərbaycan və Türk dünyasına münasibətdə həmişə ikiüzlü və riyakar, faktiki düşmənçilik siyasət yeridib və bu gün də yeritməkdədir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunan zaman təcavüzkara hər çür yardım göstərən İran təxminən 30 ilə yaxın müddətdə işğal olunmuş ərazılərimizdəki sərvətlərin vəhşicəsinə dağıdılmasında, şəhər və kəndlərimizin viran qoyulmasında Ermənistana ilə yaxından əməkdaşlıq etmişdir. İran bu gün də həmin siyasəti yeritməkdə davam edir.
 
Azərbaycanın işğal olunmuş ərazilərini düşməndən azad etməsinin İrana (və Fransaya) daha pis təsir etməsi göz önündədir. İran Azərbaycanın bu qələbəsini həzm edə bilmədiyi üçün hər vasitə Cənubi Qafqazda sülh prosesini açıq-aşkar əngəlləməyə çalışır, Ermənistanı qızışdıraraq 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını yerinə yetirməkdən imtina etməyə sövq edir, Zəngəzür dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir.
 
İran İslam birliyindən və həmrəyliyindən dəm vursa da, özünü “islam dövləti”, “dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışsa da, faktiki olaraq İslam dəyərlərinə xəyanət edir, Azərbaycana və bütövlükdə Türk dünyasına qarşı məqsədyönlü və açıq təxribatları davam edirir, Azərbaycana hədə-qorxü gəlməkdən, kobud güc nümayiş etdirməkdən çəkinmir.
 
Ölkəmizdə güya dini azadlıqların məhdudlaşdırıldığını və İslam dəyərlərinin gozulduğunu iddia edən İran “din pərdəsi” adı altında müxtəlif təzribatlar törətməklə ölkəmizin daxili işlərinə qarışnaq cəhdlərindən əl çəkmir. Azərbaycanda ifşa olunmuş, o cümlədən son bir neçə gündə ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləriniə dair çoxsaylı təkzibolunmaz faktlar mövcuddur.
 
İranın Azərbaycana və bütövlükdə Türk dünyasına qarşı bu mənasız cəhdləri ölkəmizi tutduğu yoldan döndərə bilməz. Azərbaycan Türkiyə ilə birlikdə bölgədə əsas söz sahibinə çevrilib, Türk Dövlətləri Təşkilatının formalaşmasında yaxından iştirak edir və bu prosesdə əhəmiyyətli rol oynayır və heç kəsə, o cümlədən fars-molla rejiminə onunla güc dilində danışmağa yol verməz.
Link kopyalandı!
Son xəbərlər