“Fransanın bu addımları Azərbaycanı haqq yolundan döndərə bilməyəcək”
Siyasət
4192
16 Nov 2022 | 09:45

“Fransanın bu addımları Azərbaycanı haqq yolundan döndərə bilməyəcək”

Xəbər verildiyi kimi Fransa Senatı Qarabağda yaşayan ermənilərin qondarma “Artsax Respublikası” adlı qurumunu tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
 
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Fransa senatının bu qətnaməsini bu dövlətin  riyakar siyasətinin nəticəsi kimi dəyərləndirib.
 
"Fransa heç vaxt beynəlxalq hüquq normalarına əməl etmir. Fransa uzun illər ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərdi. Bu fəaliyyətin nəticəsi o oldu ki, Qarabağda separatçıları bir qədər də həvəsləndi. Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Amma Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün heç bir təşəbbüs göstərmədi. Əksinə Ermənistanın təcavüzkar siyasətinin davam etməsi üçün siyasi-diplomatik, iqtisadi yardım göstərdi”.
 
Emin Həsənli hesab edir ki, Fransa münaqişənin həll edilməməsi üçün nə mümkündürsə edib:
 
“Bütün gücü ilə çalışdı ki, münaqişə həll edilməsin. Müxtəlif vaxtlarda münaqişənin həll edilməsi üçün real imkanlar olanda Fransa bu imkanların puça çıxması üçün əlindən gələni etdi.
Son illərdə, Makron hakimiyyəti dövründə də Fransa Azərbaycana, beynəlxalq hüquq normalarına qarşı həddindən artıq riyakar, ikiüzlü siyasət yeridib. Son qətnamə də bu riyakar siyasətin nəticəsidir. Ondan öncə də bu dövlət erməni separatizmini, erməni işğalını, erməni terrorunu dəstəkləyib, Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərib”.
 
Birlik sədri Fransanın bu addımlarının Azərbaycanı haqq yolundan döndərə bilməyəcəyini xüsusi vurğulayır:
 
“Necə ki, Vətən müharibəsi dövründə Fransanın riyakar yanaşmalarını, siyasətini Ali Baş Komandan, cənab Prezident alt-üst etdi, Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etdi, indi də bu siyasət davam edəcək. Qarabağda da, Ermənistanda da yaşayan ermənilər Fransa kimi dövlətlərin hüquqazidd, riyakarlığına inanaraq əvvəlki kimi ağılsız əməllərini davam etdirəcəklərsə Ermənistanın mövcudluğu sual altına düşəcək, Azərbaycan Qarabağda antiterror əməliyyatları həyata keçirib bütün Qarabağı təmizləyəcək, ardınca Zəngəzur dəhlizini açacaq və Ermənistan ərazisində təhlükəsizlik zolağı yaradacaq. Ermənistanın bircə nicat yolu var: Türkiyə və Azərbaycanla normal münasibətlər yaratmaq. Əks halda bu bölgəyə gəldikləri kimi köçüb gedəcəklər. Necə ki, uzun müddətdir Fransaya, Rusiyaya, İrana və digər dövlətlərə ümid olaraq burada işğal siyasətlərini davam etdirəcəklərinə ümid edirdilər, lakin Azərbaycan Ordusu onlara qətiyyətli cavab verdi. Bundan sonra da bu cür xam xəyalları davam etdirmək istəsələr Azərbaycan Ordusu, Azərbaycan dövləti onlara gərəkən növbəti zərbəni vuracaq. Bu dəfəki zərbə, Dəmir Yumruq əvvəlkilərdən daha ağır və sərt olacaq".
Link kopyalandı!
Son xəbərlər