Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclası keçiriləcək
3317
14 Nov 2022 | 18:04

Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclası keçiriləcək

Noyabrın 17-də Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin 30 illiyi: keçilmiş yol və regional və qlobal əməkdaşlıq kontekstində ikitərəfli münasibətlərin inkişaf perspektivləri” adlı ikinci iclası keçiriləcək.
 
“Report”un Rusiya bürosunun məlumatına görə, iclasın təşkilatçıları Rusiya Beynəlxalq İşlər Şurası (RİAC) və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.
 
İclasın birinci plenar iclasında Rusiya və Azərbaycan parlamentlərinin deputatlarının, xarici işlər nazirliklərinin nümayəndələri və digər rəsmi şəxslərin çıxışları nəzərdə tutulub.
 
Daha sonra iki dövlətin ekspert icmalarının nümayəndələri “Chatham House” formatında çıxış edəcəklər.
 
İclasın yekunu olaraq Rusiya-Azərbaycan Ekspert Şurasının tövsiyələrinin qəbulu gözlənilir.
 
Link kopyalandı!
Son xəbərlər