Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya liderləri - İlham Əliyev və Vladimir Putinlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.
Bu barədə jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan məlumat verib.
“Bəli, məndə olan məlumata görə, o gedəcək. İnanıram ki, görüş baş tutacaq”, - deyə Simonyan bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.
Mənbə: “Sputnik” Ermənistan