Əliyev Paşinyana PUL QAZANMAĞIN YOLUnu göstərdi - ŞƏRH
Siyasət
3597
25 Oct 2022 | 17:46

Əliyev Paşinyana PUL QAZANMAĞIN YOLUnu göstərdi - ŞƏRH

"Ötən günün əsas regional hadisəsi İlham Əliyevin Gürcüstana gözlənilməz səfəri oldu. Səfərin əvvəlcədən planlaşdırılmadığını düşünürəm".
 
Moderator.az bildirir ki, bunu milli.az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
 
O bildirib ki, Cənubi Qafqaz dünyanın ən böyük iqtisadi platformasına çevrilə bilər:
 
"Yeni geosiyasi reallıqlarla əlaqədar olaraq regionun böyük dünya mərkəzləri və xüsusən də Avropa İttifaqı üçün əhəmiyyətli coğrafiyaya çevrilmək baxımından real şansı var. Və buranı bir anlıq dünyanın ən böyük bazarı hesab edin...
 
Avropanın enerji və ticarət yollarına ehtiyacı var, Mərkəzi Asiya postsovet regionu ölkələri Avropa bazarlarına bağlı yeni, artıq post-Rusiya iqtisadi inkişafı strukturunu qurmalıdırlar, bunun üçün bir də çox perspektivli Hindistanı da əlavə etsək, Əfqanıstan, Pakistan və tam mənzərə gözümüzdə canlanır. 
 
Yaxın zamana kimi "Cənubi Qafqaz" dəhlizi (Fars körfəzi + Qara dəniz), belə demək mümkünsə, köməkçi idi. Amma Qərb Rusiyanın buradakı yollarını bağladı, İranın çıxış imkanlarını bağlamaq ehtimalı hələ də qalır və nəticədə Gürcüstan Cənubi Qafqazda darboğaz kimi mövcuddur ki, bu da Ermənistan-Azərbaycan arasındakı proseslərdən dolayı yarı tıxanmış şəkildədir.
 
Əliyevin Gürcüstanda səsləndirdiyi fikirlərdə ("Bakı-Tbilisi-Qars-ın ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindəyik", "Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub", "Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə gələn il ixrac artırılacaq, Bakı-Supsa kəmərindən də istifadə etmək istəyirik") əsasən deyə bilərəm ki, o, Tbilisiyə və İrəvana vacib mesaj verdi - pul qazanmaq vaxtıdır.
 
Bu gün bütün sahələrdə Avropa üçün Rusiya Federasiyasına mümkün alternativləri sıradan çıxarmaq Moskva üçün həyati əhəmiyyət kəsb edir. Tehran bu məsələdə Moskva ilə müttəfiqdir və seçimini onlardan yana istifadə etdi, amma Bakı ilə də yola davam edə bilərdi.
 
İndi önəmli olan bizim seçimimizdir - Ermənistan, Azərbaycan və Gürcüstanın seçimidir. Və bu seçimin mühüm göstəricisi Əliyevlə Paşinyan arasında növbəti görüşün yeri olacaq - Putinin dəvəti ilə Soçidə və ya hələ Tbilisi variantı əsas ola bilər". 
 
Link kopyalandı!
Son xəbərlər