Əli  Məsimli: “Azərbaycan və Türkiyə bir olanda, tapdanmş haqq-ədaləti bərpa etmək mümkün olur”
3669
21 Oct 2022 | 15:59

Əli  Məsimli: “Azərbaycan və Türkiyə bir olanda, tapdanmş haqq-ədaləti bərpa etmək mümkün olur”

“Azərbaycan və Türkiyə bir olanda, tapdanmş haqq-ədaləti bərpa etmək mümkün olur”.
 
Millət vəkili  Əli  Məsimli bunu Milli Məclisdəki çıxışında Azərbaycan  Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən oktyabrın 20-də Zəngilan Beynəlxalq hava limanının açılışında iştirakları  zamanı verdikləri mesajlarala  bağlı çıxışında söyləyib.  
 
Əli  Məsimli bildirib ki, Azərbaycanın 44 günlük İkinci Qarabağ Müharibəsində qazandığı şanlı qələbə nəticəsində regionda yaratdığı yeni reallıq sülhə, əmin-amanlığa, qarşılıqlı faydalı əməkdaşlığa və regionun tərəqqisinə xidmət edən praktiki nəticələr verməyə başlayıb. Belə bir gerçəklik şəraitində  Makron, makronkimilər və məlum bədxahlarımız  istisna olmaqla, həmin proses beynəlxalq aləmdə böyük hesabla yaxşı qarşılanır.Beynəlxalq ictimaiyyət işğaldan azad edilmiş ərazilərin bərpasına və  komunikasiyaların açılmasına  yaşadığımız bölgədə sülh,sabitlik,region ölkələri üçün yeni formatda əməkdaşlığın bərqərar olması və davamlı xarakter almasının ən vacib amillərdən biri kimi baxır. Ona görə də iki qardaş ölkənin dövlət başçıları- Azərbaycan  Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən keçən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış kimi, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq hava limanının açılışı da  çox mühüm hərbi strateji bir layihə olmaqla yanaşı, həm də dünyaya növbəti sülh və əməkdaşlıq mesajıdır.
 
Əli Məsimli əlavə edib ki, iki qardaş ölkənin prezidentləri mətbuat konfransında dünyaya digər çox müham mesajlar da verdilər:
 
Azərbaycan  Prezidenti bildirib ki, ”İkinci Qarabağ savaşından sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb...Biz hər zaman olduğu kimi, bir yerdəyik və bir yerdə olacağıq.Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq, eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır.” Hazırda siyasi şəraitin xeyli gərginləşdiyi bir vaxtda  bu, çox yerində, zamanında və təkcə Ermnistan deyil, ona havadarlıq edən məlum ünvanlara  yönəlmiş  çox vacib bir mesajdır. 
 
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.
 
Əli Məsimli  öz çıxışında Türkiyə Prezidentinin Zəngilan hava limanının açılışında iştirak etməsinin əhəmiyyətini, Azərbaycan və Türkiyənin birliyinin davamlı olaraq möhkəmlənməsinin  önəmini  xüsusi vurğulayaraq bildirib  ki, Azərbaycan 30 ilə yaxın işğal altlnda olan torpaqları azad etməklə və  işğaldan azad olunan ərazilərindəki geniş miqyaslı bərpa işləri həyata keçirməklə, Qarabağı yeni həyata qaytarmaqla yanaşı,həm də regiona qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni davranış tərzi,yeni həyat təklif etməklə dünyaya nümayiş etdirir ki,milli həmrəylik şəraitndə, xalq-dövlət-ordu və həm də  iki qardaş ölkə- Azərbaycan və Türkiyə bir olanda, tapdanmş haqq-ədaləti bərpa etmək mümkün olur.
 
Link kopyalandı!
Son xəbərlər