Azay Quliyev: “ATƏT-in Ermənistana missiya göndərməsinin heç bir əsası yoxdur
3615
21 Oct 2022 | 11:59

Azay Quliyev: “ATƏT-in Ermənistana missiya göndərməsinin heç bir əsası yoxdur"

“ATƏT-in qeyri-qanuni olaraq Ermənistana qiymətləndirmə missiyası göndərməsinin heç bir əsası yoxdur. Çünki bu məsələ nə müzakirə olunub, nə də bununla bağlı kollektiv qərar olub”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında deyib.
 
Onun sözlərinə görə, bu addım bəzi qüvvələrin şəxsi mənafeyinə xidmət edən haldan başqa bir şey deyil: “Bu addımın heç bir siyasi təsiri olmayacaq. ATƏT-in Minsk qrupunun bu addımı heç bir halda təşkilatın təməl prinsiplərinə uyğun deyil. Bu çox ölkələr də bu missiyanın əhəmiyyətinin olmadığını qeyd edəcəklər”.
 
Link kopyalandı!
Son xəbərlər