Bizi sosial şəbəkələrdən izləyin:
“Ermənistan təxribatdan uzaq durmalıdır”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasından sonra təşkil etdiyi mətbuat konfransı zamanı deyib.
Nazir Ermənistanın Azərbaycandakı təxribatları ilə bağlı xəbərdarlıq edib.
“Azərbaycanla Ermənistan arasında atılan hər bir müsbət addım bizim münasibətlərimizə də müsbət təsir göstərir. Bildiyiniz kimi, bizim də Ermənistanla münasibətlərimizdə normallaşma prosesləri davam edir. Ermənistan təxribatdan uzaq durmalıdır. Həmçinin də tərtib edilmiş protokollara əməl etməlidirlər. Ermənistanın buna ehtiyacı var. Buna hamımızın ehtiyacı var”, - deyə Çavuşoğlu qeyd edib.