Teyleryan və Torlakyanın müasir ardıcılları – ermənilər 100 il əvvəlki amplualarındadır
Siyasət
3775
12 Oct 2022 | 15:09

Teyleryan və Torlakyanın müasir ardıcılları – ermənilər 100 il əvvəlki amplualarındadır

Terror zəiflərin, acizlərin silahıdır. Mülki insanlara - siyasətçilərə, diplomatlara, jurnalistlərə qarşı həyata keçirilən belə aktlar dünyanın hər yerində qınanılır.

Parakəndə hərbi qüvvələrin mütəşəkkil nizami orduya qarşı apardığı partizanlıq hərəkatı, hərbi səciyyə daşıyan obyektlərdə törətdikləri diversiya aktları başqadır. Bunlarla mülki şəxslərin terrora məruz qoyulmasını eyniləşdirmək olmaz.

Bu baxımdan ABŞ-da Azərbaycan səfirliyinin avtomobilinin atəşə tutulması gərgin Ermənistan-Azərbaycan münasibətlərinin fonunda baş versə də, gerçək terror aktıdır.

Ermənilər hələ yüz il əvvəl “Nemezis” adlanan qisas aksiyaları həyata keçirərək, Türkiyənin və Azərbaycanın tanınmış siyasi xadimlərini qətlə yetirərək bu işdə necə pərgar olduqlarını sübut ediblər.

8ae75fc8bbd83d0cf669dad776ae72b0.jpg (40 KB)

Qısa xronologiya: 19 iyun 1920–ci ildə ermənilər Tiflisdə Azərbaycan Demokratik Respublikasının keçmiş baş naziri Fətəli xan Xoyskini qətlə yetirib, keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov isə yaralayıblar;

Bir ay sonra yenə Tiflisdə Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev qətlə yetiriblər;

15 mart 1921-ci ildə Berlində Osmanlı imperiyasının keçmiş daxili işlər naziri Tələt paşa ermənilər tərəfində güllələnib;

25 iyul 1922–ci il Tiflisdə Osmanlı imperiyasının keçmiş hərbi dəniz qüvvələri naziri Camal paşa qətlə yetirilib.

5 dekabr 1921–ci il Romada atla gəzinti zamanı erməni terrorçi Arşavir Şirakyan Osmanlı imperiyasının keçmiş sədr-əzəmi Səid Hilmi paşanı qətlə yetirib.

1b21231ace1796b3a0d14b7a5aa57506 (1).jpg (81 KB)

                                            "Nemezis" terrorçuları - qatillər

19 iyul 1921–ci ildə İstanbulda Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir erməni Torlakyan tərəfindən qətlə yetirilib.

17 aprel 1922-ci ildə Berlində ailəvi gəzinti zamanı keçmiş Trabzon valisi Camal Əzim və "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir erməni terrorçular tərəfindən qətlə yetirilib, həmçinin Şakirin cangüdəni öldürülüb.

Türkiyəni təmsil edən diplomat və konsulların qətli ötən əsrin ikinci yarısında da davam etdirilib və bu “qisas kampaniyası”nda onlarla məsum insan həyatını itirib.

Maraqlı və düşündürücüdür ki, 1920-ci ildən ta 1990-cı ilə qədər Avropada türk siyasilərə və diplomatlara qarşı terror rüzgarı əsdirən erməni terrorçuların bir xeylisi, demək olar ki, cəzasız qalıblar.

Məsələn, Berlin məhkəməsi Tələt paşanın qatili Soqomon Teyleryaa bəraət verib və azadlığa buraxıb. Səid Hilmi paşanın qatili Arşavir Şirakyanı da həbs etmək mümkün olmayıb və o, İstanbula qayıdıb, daha sonra Aram Yerkanyanla birlikdə Camal Əzim paşanı öldürüb.

Behbud xan Cavanşirin qatili Misak Torlakyanın işinə Britaniya hərbi tribunalı baxıb, tribunal onu qətli törədməkdə günahkar bilsə də, qətli törədərkən onun "affekt" vəziyyətində olduğuna, odur ki, törətdiyi cinayətə görə məsuliyyət daşımadığına dair hökm verərəlk qatili Yunanıstana deportasiya ediblər.

Halbuki həmin vaxtlar bir adamı öldürən qatili ya edam edirdilər, ya da uzunmüddətli həbs cəzası kəsirdilər. Türkiyəli və azərbaycanlı generalları, siyasi xadimləri öldürənlər isə azadlığa buraxılıb.

asala.jpg (70 KB)

1989-95-ci illərdə ermənilər Azərbaycanın mülki vətəndaşlarına qarşı silsilə terror aktları həyata keçiriblər. Bu sırada vurulan vertolyotlar, partladılan qatar və avtobuslar, metro qatarları, jurnalistlərin pusuqya salınıb öldürülməsi kimi çoxsaylı aktlar var.

Budur, 100 ildən sonra ermənilər yenə “qisas aksiyaları”nə eyni ssenari üzrə həyata keçirirlər. 100 il əvvəl olduğu kimi, onlar yenidən Avropa dövlətlərinin himayəsinə və “ədalət”inə sığınır, azərbaycanlı səfirin avtomobilinə atəş açır, səfirlik və konsulluq binasına hücum edirlər.

Beynəlxalq qanunvericiliyin tələbləri belədir ki, baş vermiş cinayətə görə, hadisənin törədildiyi ölkələr məsuliyyət daşıyır. Ancaq bu günə qədər Böyük Britaniyada, Livanda, Fransada diplomatik nümayəndəliklərimizə hücumlarla bağlı heç bir tədbir görülməyib. Sanki bu dövlətlər unudurlar ki, özlərinin də ölkəmizdə diplomatik nümayəndəlikləri var, onlara qarşı da bənzər aksiyalar keçirmək istəyən qüvvələr və qruplar mövcuddur, sadəcə, Azərbaycanın hüquq-mühafizə orqanları bu xüsusda qətiyyətlidir, diplomatik korpusların təhlükəsizliyini öz qırmızı xətti elan etdiklərindən onlara yaxın düşən yoxdur.

Lakin proses bu cür davam edə bilməz. Özünün xaricdəki diplomatik nümayəndəliklərinin toxunulmazlığını istəyən dövlətlər başqa ölkələrin, konkret olaraq Azərbaycanın diplomatlarının təhlükəsizliyini təmin etməli, onları erməni terrorçularından, ekstremist qisasçılardan qorumalıdırlar.

abs-los-angecels-dava.jpg (66 KB)

Hələ 2020-ci ildə Avropa paytaxtlarında, eləcə də Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işlərindən bir xəbər yoxdur. Belə anlaşılır ki, ekstremistlər təsbit edilsə də, onları – müasir teyleryanları, torlakyanları sərbəst buraxıblar.

Bu yanaşma, bu cəzasızlıq mühiti radikal erməni qruplarını yeni təxribatlara əl atmağa həvəsləndirir və güman ki, onlar öz bəd əməllərini davam etdirəcək, Qarabağda məruz qaldıqları hərbi məğlubiyyətlərin əvəzini Avropadakı mülki vətəndaşlarımızdan çıxmağa çalışacaqlar.

Bu, tərifli Avropanın terrora münasibətinin bariz göstəricisidir. Müsəlman ekstremistlər hücum edərək hansısa mərkəzi tuturlarsa, bu terror aktıdır, ermənilər hücum edib Azərbaycan səfirliyini dağıtmaq istəyirlərsə, bu, etiraz aksiyasıdır? Elə şey yoxdur. Standartlar, meyarlar vahid olmalıdır. (Musavat.com)

Link kopyalandı!
Son xəbərlər