Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-ın Yuta ştatında səfərdə olan Bakı Beynəlxaıq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bir sıra mühüm görüşlər keçirib. Salt Lake City şəhərinin meri xanım Erin Mendenhall və Yutah Ştatının Senatının sədri cənab Stüart Adams ilə görüşdə icraçı direktor Azərbaycanın multikulturalizm siyasəti, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq təşkilatlarda geniş maraq doğuran qlobal təşəbbüsləri haqqında geniş məlumat verib.
Bu barədə Moderator.az-a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildirilib.
Görüşdə, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad edilən tarixi torpaqlarımızda mədəni irsimizə qarşı törədilən vandalizm aktları və ərazilərimizin minalarla çirkləndirilməsi barədə də ətraflı bilgi verilib. Görüşlər zamanı Multikulturalizm Mərkəzinin ingilis dilində nəşr etdiyi Qarabağ, Şuşa və Qafqaz Albaniyası irsinə həsr olunan kitabları da hədiyyə edilib.
ABŞ səfəri çərçivəsində BBMM-in icraçı direktoru R. Həsənov Brinqam Younq Universitetinin Hüquq və Din fakültəsinin dekanı, professor Bred Şarf və Sosial Elmlər Fakültəsinin dekanı, professor Skot Miller ilə də görüşu baş tutub. Görüşdə 2023-cü ilin qış semestrdən etibarən, Brinqam Younq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycan dili və multikulturalizmi fənni tədris olunması barədə qərar qəbul edilib. Qeyd edək ki, bununla da ilk dəfə olaraq Azərbaycan dili və multikulturalizmi fənninin tədrisi ABŞ-da həyata keçiriləcəkdir. Hazırda Brinqam Younq Universitetində 40.000-dən yuxarı tələbə təhsil alır.
Bu layihə ilə bağlı ilkin razılıq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycanın Los Anceles şəhərindəki sabiq baş konsulu, hazırda Azərbaycan Respublikasının Almaniyadakı səfiri Nəsimi Ağayevin danışıqları sayəsində əldə edilmişdi.