Müharibənin bitməsi üçün Moskva qarşısında ƏSAS ŞƏRT ...
Siyasət
3662
16 Sep 2022 | 17:13

Müharibənin bitməsi üçün Moskva qarşısında ƏSAS ŞƏRT ...

"Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovun da dediyi kimi, bizi indi ancaq Rusiyanın kapitulyasiya aktını imzalaması qane edə bilər".
 
Moderator.az bildirir ki, bunu Milli.az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının aparıcı üzvü, professor Petro Mironenko deyib.
 
Ukraynalı siyasi şərhçi bildirib ki, Rusiya özünün parçalanma ərəfəsindədir:
 
"Rusiyaya etibar etmək olmaz, çünki o, daim aldadır. Rusiya artıq Krımı, Donetski və Luqanskı təhvil verməyə hazır olduğunu bəyan etsə belə, Rusiya bütün ərazilərin, hətta Krımın, Donbasın azad edilməsi haqqında protokolu imzalamalıdır ki, biz bu müharibənin bitməyinə razılaşaq. 
 
Sonra beynəlxalq müşahidəçilərin iştirakı ilə beynəlxalq hüquqa uyğun Rusiya bütün dağıdılan kənd və şəhərlərə görə təzminatı ödəməlidir. 
 
Bu gün Ermənistan-Azərbaycan sərhəddindəki hərbi insidentin günahkarı da Rusiyadır. Rusiya özünün parçalanma ərəfəsində olduğu bir vaxtda Qafqazda təsirini saxlamağa çalışır. Kreml buna məhz bölgədə bu cür gərginlik yaratmaqla nail olmağa çalışır".
 
Link kopyalandı!
Son xəbərlər