Bizi sosial şəbəkələrdən izləyin:
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistana göndərilməsi təklifi Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb”.
Bunu brifinqdə jurnalistlər qarşısında çıxış edən KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
KTMT-nin Qərargah rəisi əlavə edib ki, V.Putinin bu təklifi təşkilata üzv olan bütün dövlətlərin rəhbərləri tərəfindən yekdilliklə dəstəklənib.
Mənbə: TASS