Ana Vətən Partiyasının sədri qardaş Türkiyənin 30 avqust Zəfər Bayramını təbrik etdi
Siyasət
4304
30 Aug 2022 | 18:29

Ana Vətən Partiyasının sədri qardaş Türkiyənin 30 avqust Zəfər Bayramını təbrik etdi

ZƏFƏRİN MÜBARƏK, ULU TÜRKİYƏ
 
1922-ci ilin avqustun 30-da Ulu Öndər Mustafa Kamal Paşanın komandanlığı ilə qəhrəman Türk ordusu yunanlar üzərində zəfər çalaraq, qardaş Türkiyə dövlətini yer üzündən silmək məqsədilə Birinci Dünya Müharibəsində müttəfiqləri Böyük Britaniya, Fransa və ABŞ tərəfindən Osmanlı Türkiyəsini məcburən imzalatdığı Sevr sazişinin üstündən xətt çəkdi.
Bu qələbə ilə Türk xalqının və Türkiyə dövlətçiliyinin yeni mərhələsi başlandı.
Ötən zaman kəsiyində beynəlxalq güclər ən müxtəlif vasitələrlə Türkiyəni zəiflətməyə, onun çoxəsrlik dövlətçilik ənənələrinə son qoymağa çalışsalar da, müzəffər Türk xalqı qanı və canı hesabına bütün məkrli planları alt-üst etmiş və Dünyada söz sahibinə çevrilmişdir.
Bu gün qardaş Türkiyənin regional gücdən Beynəlxalq güc mərkəzinə çevrilməsində Türk millətinin yenilməz iradəsinə söykənən güclü dövlət xadimi və mahir siyasətçi kimi Dünya miqyasında möhürünü vuran çox dəyərli Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri danılmazdır.
Ölkə prezidenti cənab İlham Əliyevin Türkiyəyə və Türk dünyasına verdiyi töhvələr birgə tariximizə qızıl hərflərlə yazılmaqda, gələcəyə böyük töhvələr verməkdədir.
Erməni faşizmi üzərində tarixi qələbəmizin əldə olunmasında qardaş türk xalqının və Türkiyə Cümhuriyyətinin prerzidenti möhtərəm, cənab Rəcəb Tayyub Ərdoğanın misilsiz rolu oldu. Dünya miqyasında analoqu olmayan Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” aforizminin verdiyi töhvələr, müttəfiqlik müqaviləsi Türkiyə və Azərbaycana yeni-yeni uğurlar gətirməkdədir.
Bu əlamətdar gün münasibətilə bütün qardaş Türk xalqını təbrik edir, onlara yeni-yeni zəfərlər diləyirəm.
Zəfərin mübarək, Ulu Türkiyə!
 
Fəzail Ağamalı
Millət vəkili,
Ana Vətən Partiyasının sədri
30 avqust 2022-ci il
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər