"Brüsseldə ölkəmizin dəstəklənməsi qalib Azərbaycanın nüfuzunun göstəricisidir"
Oxunub: 3109
23 May 2022 | 16:21
“Tarixi Zəfərimizin reallıqları fonunda son bir ildən artıq dövrün əsas tələbi bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat özündə bütün bu məsələləri ehtiva edir. Bu baxımdan keçirilən bütün görüşlərdə dövlət başçısı İlham Əliyev 10 noyabr Bəyanatının müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edir. İkinci Qarabağ müharibəsinin başa çatmasından bugünədək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsinin imzalanmasında vasitəçiliyin yerinə yetirilməsi məqsədilə 5 görüş keçirilib. Bu görüşlərin ikisi Rusiyada, üçü isə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə baş tutub.
 
Azərbaycan 44 günlük Vətən müharibəsinin davam etdiyi dövrdə də Ermənistana sülh təklifini edərək hansı şərtlər daxilində müharibənin dayandırılmasının mümkünlüyünü bildirmişdi. Amma işğalçı dövlət havadarlarının dəstəyinə arxalanaraq bu təklifi arxa plana keçirdi. Nəticədə bir addım da belə mövqeyindən geri çəkilməyən Azərbaycan dövləti döyüş meydanında mənfur düşmənə tarixdə heç zaman unutmayacağı dərsi verdi. Düşünmək olardı ki, Ermənistan bu dərsdən nəticə çıxarıb kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının icrasında fəallıq nümayiş  etdirər, sülh müqaviləsini qısa zamanda imzalayaraq, bölgədə davamlı sülhün və təhlükəsizliyin yaradılması fonunda yeni əməkdaşlıq formatlarının iştirakçısı olar və bununla da  iqtisadi böhrandan qurtulmaq imkanı qazanar. Amma gözlənilənlərin əksinə olaraq Ermənistanın hələ də tərəddüd etməsi diqqətdən kənarda qalmır. Baxmayaraq ki, 10 noyabr Bəyanatının, eyni zamanda,   Brüssel görüşlərində əldə olunan razılaşmaların Ermənistanın qarşısında qoyduğu tələblər postmünaqişə dövrünün reallıqlarının qəbuluna və  işğalçı dövlətin də bununla razılaşmasına çağırışdır. Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirilən üçtərəfli görüşündən öncə ölkəmizin başçısının və Aİ Şurası Prezidentinin ikitərəfli görüşündə müzakirə olunan məsələlər də bu kimi məqamlara işıq salır.”
 
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Vüqar Rəhimzadə vurğulayıb ki, ötən ayın 6-da keçirilən Brüssel görüşündə  Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi dəstəklədi: “Həmin görüşdə əldə olunan razılaşmalar mayın 22-də də müzakirə mövzusu oldu. Üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında  bildirdi ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası yaxın günlərdə dövlətlərarası sərhəddə baş tutacaq. Bu iclasda sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Nəzərə alaq ki,  Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azərbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Ermənistan öhdəlikləri pozmaqla məqsədinin nədən ibarət olduğunu açıqlasa da,  artıq dalana dirəndiyinin fərqindədir. Artıq tarixin arxivinə göndərilmiş Dağlıq Qarabağ münaqişəsinin həllində 28 il vasitəçilik missiyasının öhdəsindən gələ bilməyən ATƏT-in Minsk qrupunun bu missiyasının  yenidən bərpa olunacağına edilən ümidlər sadəcə boş xəyaldan başqa bir şey deyil.  Ermənistan nəhayət, mövcud reallıqlarla barışmalı, Avropa İttifaqının vasitəçilik səylərini yüksək dəyərləndirməlidir.  Azərbaycan daim bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini hələ işğal dövründə bəyan etmişdir.”
 
YAP Xətai rayon təşkilatının sədri diqqəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında yer alan bu məqama yönəldib: “Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Şarl Mişel, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini  vurğulayaraq  Avropa İttifaqının  öz dəstəyini gücləndirməyə hazır olduğunu da bildirdi.”
 
“Dövlət başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanmasından bəhs edərkən gələcəyə baxmağa çağırışlar etməklə yanaşı, bu məqamı da diqqətə çatdırır ki, biz faciələrimizi, şəhidlərimizi unutmamalıyıq. Ölkə Prezidentinin bu çağırışı Ermənistana ünvanlanan mesajdır. Bu baxımdan ki, 30 ilə yaxın işğal dövründə, ümumiyyətlə,  tarixin ayrı-ayrı  zamanlarında azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistandır. Əsassız torpaq iddiaları nəticəsində  28 ilə yaxın dövrdə 20 faiz torpaqlarımızı işğal altında, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətində saxlayan Ermənistandır. 44 günlük Vətən müharibəsində döyüş meydanındakı uğursuzluqları ilə barışmayaraq  mülki əhalini raket atəşinə tutan, bununla da qatı müharibə cinayətləri törədən də Ermənistandır. Bu sıralamanı xeyli davam etdirə bilərik.  Azərbaycanın bu gün  işğalçı dövlətə sülh təklifi bu yaşananları unutmasından irəli gəlmir. Sadəcə, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, münasibətlərdə yeni səhifənin açılmasına səy göstərir. Azərbaycan Ermənistandan fərqli olaraq tolerant və multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə müxtəlif millətlərin, etnik azlıqların, dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan dövlətinin Ermənistana sülh təklifi, insanlar arasında əlaqələrin yaradılmasına xidmət edən birgəyaşayışın təmin olunması istiqamətində göstərdiyi səylər də onun tolerantlığının göstəricisidir”,- deyə Vüqar Rəhimzadə bildirib.
 
 YAP Xətai rayon təşkilatının sədri  qeyd edib ki, bütün hallarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönələn hər bir görüş   qalib Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatıdır: “Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir.  Qeyd edək ki, ötən ilin iyul ayında  Şarl Mişel  ölkəmizə səfəri zamanı qurumun  sülh müqaviləsinə dəstəyi ilə bağlı fikirlərini  səsləndirərək bunu dekabr ayında  Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində reallaşdırdı. Bugünədək Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə keçirilən 3 görüş bu istəyin reallığa çevrilməsi istiqamətində göstərilən səylərin aydın mənzərəsini yaradır. Brüssel görüşlərinin hər biri  Azərbaycanın Brüssel Zəfəri kimi dəyərləndirilir. Görüşlərdə səsləndirilən bəyanatlarda da Avropa İttifaqının ölkəmizə dəstəyi özünü aydın şəkildə nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, həmçinin  bəyanatında  10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmadan, 11 yanvar  2021-ci il tarixli Moskva  və 26 noyabr Soçi  görüşlərində imzalanan sənədlərdən  irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edir ki,  bu da  Azərbaycanın mövqeyinə böyük dəstəyin ifadəsidir.”
 
 “Bugünədək  keçirilən  görüşlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib” söyləyən Vüqar Rəhimzadə  bu ümumiləşdirməni aparıb ki, hər bir görüş Azərbaycanın tarixi Zəfərinin yaratdığı  reallıqların həm regionda, həm də dünyada formalaşdırdığı yeni siyasətin  prespektivlərinə işıq salır.
Oxşar xəbərlər
09:08, Bu gün
MİDA-nın vəzifəli şəxsi vəfat edib
09:06, Bu gün
Bədəni toksinlərdən təmizləyən ən təsirli çaylar
09:01, Bu gün
Bakıda gənc oğlanı avtomobil vurub
08:38, Bu gün
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
08:34, Bu gün
Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTOLAR
08:16, Bu gün
Xoşbəxt ailə olmaq istəyirsinizsə bunları etməyin -10 qayda
07:57, Bu gün
Füzulidən olan keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq
07:55, Bu gün
Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
07:53, Bu gün
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB
07:45, Bu gün
Səhər oyananda bunu et, ÇOX TƏSİRLİDİR!
07:34, Bu gün
Səhərlər özünüzü narahat hiss edirsinizsə, bunu edin
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 11:02
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 09:33
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
28 Mar 2024 | 09:52
Bu meyvələr iştahı azaldır
28 Mar 2024 | 09:40
Dörd rayonda qaz olmayacaq