"Heydər Əliyev dühası və İlham Əliyev cəsarəti beynəlxalq güc mərkəzlərinə də qalib gəldi"
Oxunub: 3086
12 May 2022 | 14:55
Bişkek Protokolunun tarixi əhəmiyyəti
 
Bu gün Bişkek protokolunun qüvvəyə minməsindən 28 il ötür. Həmin illərin hərbi-siyasi hadisələrini təhlil etdikdə hadisələrin sonrakı inkişafında bu sənədin hansı rolu oynadığı aydın olur. Hələ 1980-ci illərin sonuna yaxın respublikanın o zamankı “Dağlıq Qarabağ Muxtar vilayəti” ərazisində erməni “Miatsum” hərəkatının genişlənməsi və demək olar ki, eyni zamanda Azərbaycanlıların Ermənistandan qovulması SSRİ ərazisində qarşısı alınmayacaq kollaps şəraitini yetişdirirdi. İmperiyanın süqutu proseslərinin lap başlanğıcında Azərbaycan ərazilərini işğal etmək və “böyük Ermənistan” yaratmaq kimi öz çirkin niyyətlərini həyata keçirməyə başlamış ermənilər 1993-cü ilin sonuna qədər Dağlıq Qarabağ ərazisini tamamilə işğal etmiş və bununla da kifayətlənməyib onun hüdudlarından kənarda yerləşən bölgələrimizi də ələ keçirərək etnik təmizləməyə məruz qoymuşdular.  
1993-cü ilin iyun ayında xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıtması ölkədə qanlı hadisələrin qarşısının alınmasına ümid, ermənilərdə isə şaşqınlıq yaratmışdı. Azərbaycan Ordusunun  1993-cü ilin dekabrında  eyni vaxtda şimal və cənub istiqamətlərindən başlayan əks-hücum əməliyyatları  öz nəticələrini göstərməkdə idi. Artıq Füzuli rayonu ərazisində Horadiz qəsəbəsi də daxil olmaqla 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edilmişdi. Lakin 5 ildən çox davam edən müharibə, daxili qeyri-sabitlik və 80-ci illərdən bəri davam edən iqtisadi tənəzzül hərbi əməliyyatların davam etdirilməsini getdikcə çətinləşdirirdi. Siyasi hakimiyyətə yenicə qayıtmış Heydər Əiyev ölkəni parçalanmaqdan və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas etmək üçün yollar arayırdı. Belə bir zamanda Azərbaycan Ordusunun uğurlu əməliyyatları Ermənistanı və onun himayədarlarını da narahat edirdi. Artıq Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun revanş götürə biləcəyi və ermənilərin o zamanadək əldə etdikləri torpaqların geri alına biləcəyi erməniləri qorxudurdu. Beləliklə, hər iki tərəf müharibənin dayandırılmasını məqbul hesab edirdi. Lakin tərəflərin məqsədləri müxtəlif idi. Sonrakı dövrdə Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və ona bitişik 7 rayonun ərazilərini qondarma “Dağlıq Qarabağ Respublikası” adı altında legitimləşdirməyə, Azərbaycan isə işğal altına düşmüş bütün ərazilərin azad olunmasına çalışacaqdı. Məhz belə bir zamanda 1994-cü ilin mayın 4-də MDB Parlament Assambleyasının Bişkek şəhərində keçirilən iclaslarında Azərbaycan və Ermənistan arasında atəşkəsi nəzərdə tutan Bişkek Protokolu Rusiya tərəfindən danışıqlar masasına gətirildi. Həmin iclasda protokol müzakirələrin iştirakçıları olan 6 tərəfdən imzalansa da Azərbaycan öz şərtlərini irəli sürərək Protokolu imzalamaqdan imtina etdi. Daha sonra həmin sənəd Rusiya təmsilçisi V. Kazimirov tərəfindən Bakıya gətirilərək Azərbaycanın tələbləri, əlavə və dəyişiklikləri nəzərə alınmaqla parlamentin sədri Rəsul Quliyev və Qarabağın Azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov tərəfindən imzalandı və Bişkek Protokolu mayın 12-də qüvvəyə mindi. 
 
Əldə edilən atəşkəs bütün tərəflərə sonrakı gedişlərini müəyyənləşdirmək üçün nisbətən dinc şəraitin yaranmasını təmin etdi. O tarixdən başlayaraq artıq hadisələrin axarını Heydər Əliyev siyasəti müəyyən edəcəkdi. Qısa müddət ərzində ölkədə daxili sabitliyi təmin edən Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının təməlini qoymaq üçün beynəlxalq miqyaslı nəhəng layihələri özündə ehtiva edən  neft strategiyasını təqdim etdi və bununla da Azərbaycanın beynəlxalq siyasi və iqtisadi sistemə uğurlu inteqrasiyasının əsasını qoydu. Tezliklə uzun illərdən bəri davam edən iqtisadi tənəzzül dayandırıldı və Azərbaycanın iqtisadi inkişaf dövrü başlandı. Bütün bunlarla yanaşı Milli Ordunun yaradılması istiqamətində mühüm addımlar atıldı və faktiki olaraq torpaqların işğaldan azad olunmasının yol xəritəsi hazırlandı. 2003-cü ilə qədər Heydər Əliyev tərəfindən və daha sonra İlham Əliyev tərəfindən Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan çoxsaylı danışıqlar heç bir nəticə verməsə də, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada kifayət qədər möhkəmlənməsinə gətirib çıxardı. Bu müddət ərzində  dünyanın demək olar ki, bütün beynəlxalq təşkilatları tərəfindən Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiq edən qərar və qətnamələr qəbul olundu. İlham Əliyevin apardığı mahir siyasət münaqişənin həllinin siyasi yollarla mümkün olmayacağı təqdirdə Azərbaycana öz torpaqlarını hərb yolu ilə azad etmək haqqını tanıtdı. Ermənistan və onun işğalşılıq siyasətini dəstəkləyən böyük güclər isə 30 ilə yaxın bir müddət ərzində işğal olunmuş ərazilərin legitimləşdirilməsi istiqamətində heç bir uğur qazana bilmədilər. Prezident İlham Əliyevin və Azərbaycan xalqının işğala qarşı sərt və barışmaz mövqeyi  bu istiqamətdə atılan bütün addımların qarşısını qətiyyətlə aldı. Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Heydər Əliyev dühası və İlham Əliyev cəsarəti nəinki məkrli erməni siyasətinə, eyni zamanda erməni işğalını bu və ya digər şəkildə dəstəkləyən beynəlxalq güc mərkəzlərinə də qalib gəldi. 
 
2016-cı ilin aprel döyüşləri  44 günlük uğurlu Vətən müharibəsinin ilk müjdəsi idi. 2020-ci ildə davamlı erməni təxribatlarına cavab olaraq başladılan Vətən müharibəsi bütün torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Beləcə dünya tarixində daha bir ədalətsiz müharibəyə  Azərbaycan xalqının qələbəsi ilə son qoyuldu. Hadisələrin zəncirində Bişkek Protokolunun önəmi böyükdür. Məhz həmin dövrdə həmin sənəd əsasında əldə olunmuş atəşkəs Azərbaycana öz müstəqilliyini qoruyub saxlamaq, dövlət quruculuğuna başlamaq, daxili sabitliyi və inkişafı təmin etmək, beynəlxalq müstəvidə öz mövqeyini kifayət qədər möhkəmləndirmək və nəhayət, işğal faktına son qoymaq imkanı yaratdı. Bütün bu imkanları düzgün dəyərləndirərək hadisələrin sonrakı gedişini  Azərbaycanın xeyrinə istiqamətləndirmək və bütün sahələrdə Azərbaycanın tarixə qızıl hərflərlə yazılan möhtəşəm uğurlarını təmin etmək isə Heydər Əliyev strategiyasının və İlham Əliyev siyasətinin ən parlaq qələbəsi oldu.
 
Cavanşir Feyziyev
12 may 2022
Oxşar xəbərlər
22:24, Bu gün
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
22:18, Bu gün
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
22:14, Bu gün
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
22:07, Bu gün
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
22:03, Bu gün
UEFA “Barselona” klubunu cərimələyib
22:00, Bu gün
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
21:42, Bu gün
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
21:39, Bu gün
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
21:37, Bu gün
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
21:35, Bu gün
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
21:33, Bu gün
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
21:20, Bu gün
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
21:15, Bu gün
Abşeronda oğlan özünü yandırdı
21:09, Bu gün
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
21:06, Bu gün
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
21:05, Bu gün
May ayında pul içində üzəcək 3 bürc
21:02, Bu gün
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
21:00, Bu gün
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
20:58, Bu gün
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
20:52, Bu gün
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
20:47, Bu gün
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
20:33, Bu gün
Fransada uşaqları küçədə bıçaqladılar
20:25, Bu gün
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
20:17, Bu gün
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
20:14, Bu gün
Ailənizdə problem yaradacaq 5 SƏHV
20:13, Bu gün
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
20:09, Bu gün
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
20:01, Bu gün
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
19:55, Bu gün
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
19:42, Bu gün
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
19:41, Bu gün
Tokatda 5,6 maqnitudada zəlzələ olub
19:26, Bu gün
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
19:19, Bu gün
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
19:03, Bu gün
Həddindən artıq duz olan QİDALAR
19:01, Bu gün
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18:55, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18:53, Bu gün
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18:35, Bu gün
Mediasiyanın imkanları...
18:15, Bu gün
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18:13, Bu gün
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18:10, Bu gün
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
17:58, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
17:55, Bu gün
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
17:44, Bu gün
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
17:42, Bu gün
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
17:37, Bu gün
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
17:34, Bu gün
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
17:32, Bu gün
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
17:24, Bu gün
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
17:22, Bu gün
Sabiq nazir həbsdə qaldı
17:21, Bu gün
Azay Quliyev Almaniyaya səfər edəcək
16:58, Bu gün
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
16:36, Bu gün
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
16:33, Bu gün
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
16:31, Bu gün
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
16:20, Bu gün
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
16:18, Bu gün
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
16:16, Bu gün
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
16:06, Bu gün
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
16:02, Bu gün
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
15:56, Bu gün
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
15:54, Bu gün
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
15:52, Bu gün
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
15:40, Bu gün
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
15:36, Bu gün
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
15:31, Bu gün
Zəngilanda silah-sursat aşkarlanıb
15:23, Bu gün
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
14:53, Bu gün
"Üzümdə əməliyyat etdirməmişəm"
14:51, Bu gün
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:19, Bu gün
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
14:15, Bu gün
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
14:11, Bu gün
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
14:08, Bu gün
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
14:07, Bu gün
Kahramanmaraşda ZƏLZƏLƏ
13:54, Bu gün
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
13:46, Bu gün
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
13:42, Bu gün
Naxçıvanda ilk dəfə müəllimlərin sertifikasiyası imtahanı keçiriləcək
13:39, Bu gün
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
13:35, Bu gün
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırır - RƏSMİ
13:23, Bu gün
Rəqsanənin əmlaklarına həbs qoyuldu
13:23, Bu gün
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
13:20, Bu gün
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
13:15, Bu gün
Məktəblərdəki yoxlamalar nəticəsində onlarla şəxs işdən çıxarılıb
13:13, Bu gün
Müəllimlərin NƏZƏRİNƏ: Sertifikatlaşdırılmanın vaxtı AÇIQLANDI
13:08, Bu gün
Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb
13:08, Bu gün
Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər
12:42, Bu gün
Rusiya İsrailə qarşı dərhal sanksiyalar tətbiq edilməsini tələb edir
12:39, Bu gün
Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb
12:38, Bu gün
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
12:33, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
12:30, Bu gün
Bakıda tanışlarına 400 min manatdan çox dələduzluq etməkdə təqsiləndirilən şəxsin cinayət işinin bəzi detalları - İTTİHAM AKTI
12:28, Bu gün
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər
12:25, Bu gün
Qadınlar, 45 yaşdan sonra belə qidalanın
12:21, Bu gün
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb
12:17, Bu gün
Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı
12:15, Bu gün
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
12:07, Bu gün
Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb
12:00, Bu gün
Müqəddəs peşəni sevdirənlər
11:46, Bu gün
ADPU-da mühüm tədbir - Azərbaycan Respublikasının Prezidenti...
11:42, Bu gün
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq
GÜNLÜK
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
00:01, Bu gün
Başlıbel qətliamından 31 il ötür
17 Apr 2024 | 23:59
Yuxusuzluq piylənməyə səbəb olur
06:05, Bu gün
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
17 Apr 2024 | 23:02
"Moskva İranla İsrailin birbaşa münaqişəsində Tehrana kömək edəcəkmi?" - Peskovdan açıqlama
07:53, Bu gün
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
17 Apr 2024 | 22:59
Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: “Putinin ortağı”...
17 Apr 2024 | 23:12
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO
17 Apr 2024 | 22:40
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
17 Apr 2024 | 23:58
Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək
17 Apr 2024 | 23:16
Hindistan əhali sayında Çini keçdi - BİRİNCİ YER