"Rusiyanın düzgün yol seçməsi üçün əlimdən gələni etdim..." - Yalnız güclü NATO Putini...
Oxunub: 3880
10 Apr 2022 | 13:44

 

“Baltikyanı və Şərqi Avropa ölkələri NATO-ya qəbul edilməsəydi, Moskva indi onları da təhdid edərdi”

 

Soyuq müharibə başa çatdıqdan sonra Vaşinqton Rusiyanın çiçəklənən demokratik dövlətə çevrilməsi üçün hər şey edib.

Moderator.az xəbər verir ki, bu fikir ABŞ-ın keçmiş prezidenti Bill Klintona məxsusdur. O, “The Atlantic” jurnalında yazdığı məqalədə bildirib ki, Rusiyada demokratiyanın süqutu və onun imperializm və revanşizmə dönüşü NATO-nun genişlənməsinə qətiyyən təkan vermədi: Kreml özü belə bir kurs seçib, ancaq daha güclənmiş alyans onu daha aqressiv siyasətdən saxlayan yeganə qüvvədir.

“Mən ilk dəfə prezident seçiləndə bəyan etmişdim ki, Rusiya lideri Boris Yeltsinin Sovet İttifaqının dağılmasından sonra ölkədə güclü iqtisadiyyat və həyat qabiliyyətli demokratiya yaratmaq səylərini dəstəkləyəcəyəm, lakin həm də bildirmişdim ki, alyansa daxil olmaq istəyən Varşava müqaviləsinin keçmiş üzvləri və SSRİ-nin keçmiş respublikalarının hesabına NATO-nun genişlənməsini də müdafiə edəcəyəm”, - yazan keçmiş prezident bildirib ki, mənim kursum ən yaxşı naminə çalışmaq, eyni zamanda ən pisə də hazırlaşmaq idi: “Amma məni Rusiyanın kommunizmə deyil, demokratiyadan və əməkdaşlıqdan imtina edərək Böyük Pyotr və ya Böyük Yekaterina üslubunda imperiya ambisiyalarının xeyrinə ultra-millətçiliyə qayıda bilməsi narahat edirdi. Yeltsinin belə bir şey edə biləcəyini düşünmürdüm, amma kim bilirdi ki, onun varisi kim olacaq?”

Klintonun izah etdiyi kimi, o hesab edirdi ki, əgər Rusiya “demokratiya və əməkdaşlığa gedən yoldan” dönməsəydi, o zaman “zəmanəmizin təhlükəsizlik çağırışlarına, o cümlədən etnik, dini və digər “tayfa” münaqişələrinə, habelə nüvə, kimyəvi və bioloji silahların yayılmasına qarşı hamımız birlikdə cavab verərdik. Əgər Moskva buna baxmayaraq, “ultramillətçi imperializm”in xeyrinə seçim etsəydi, o zaman güclənmiş NATO və güclənən Avropa İttifaqı qitədə təhlükəsizliyin təminatçısı rolunu oynayardı. Nəticədə, 1999-cu ildə, Klintonun ikinci prezidentlik müddətinin sonuna kimi, Rusiyanın etirazlarına baxmayaraq, Polşa, Macarıstan və Çexiya alyansa daxil oldu, - deyə müəllif xatırladır. Eks-prezidentin qeyd etdiyi kimi, ondan sonra da Vaşinqton eyni kursu davam etdirdi: sonrakı illərdə NATO-ya daha 11 üzv qoşuldu və bütün bunlar Moskvanın etirazları fonunda baş verirdi.

Klinton yazır: “Son vaxtlar bəzi dairələrdə NATO-nun genişlənməsi Rusiyanı təxribata sövq etmək və hətta Vladimir Putinin Ukraynada əməliyyatı üçün zəmin yaratmaqda tənqid olunur. Alyansın genişləndirilməsi qərarı həqiqətən də böyük məqsədlər güdürdü və mən hələ də bunun doğru olduğuna inanıram”.

Keçmiş Amerika prezidentinin vurğuladığı kimi, mərhum Madlen Olbrayt, Dövlət Departamentinin rəhbəri Uorren Kristofer, milli təhlükəsizlik müşaviri Toni Leyk və bu vəzifədə Leyki əvəz etmiş Sendi Bergeri, eləcə də "bu sahədə bilavasitə təcrübəsi olan" digər iki məmur - Polşada anadan olmuş və yeniyetmə ikən ABŞ-a köçmüş Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Con Şalikaşvili və Oksford Universitetində Klintonla birlikdə oxuyan və tələbəlik illərində Nikita Xruşşovun xatirələrini ingilis dilinə tərcümə edən dövlət katibinin müavini Strouba Tolbott da daxil olmaqla, bir çox siyasətçilər NATO-ya yeni üzvlərin qəbulunun lehinə danışıblar.

Bu arada, Klinton etiraf edib ki, ABŞ-da NATO-nun genişlənməsi əleyhinə də kifayət qədər səslər eşidilirdi. Onların arasında soyuq müharibə dövründə durdurma siyasətini təbliğ etməklə məşhurlaşan əfsanəvi diplomat Corc Kennan da var idi: o, Berlin divarının yıxılmasından və Varşava Müqaviləsi Təşkilatının dağılmasından sonra alyansın mahiyyət etibarı ilə varlığının mənasını itirdiyini söyləmişdi. Öz növbəsində, “The New York Times”-ın müxbiri Tom Fridman xəbərdarlıq etmişdi ki, NATO-nun genişlənməsi fonunda Rusiya özünü alçalmış və küncə sıxılmış kimi hiss edəcək və o, son sovet dövrünün iqtisadi zəifliyindən qurtulandan sonra Qərbi onun tərəfdən "dəhşətli reaksiya" gözləyəcək. Rusiya üzrə ən məşhur ekspert Mayk Mandelbaum hesab edirdi ki, NATO-nun genişlənməsi kursu demokratiya və kapitalizmin yayılmasına heç bir üstünlük gətirməyəcək, - deyə Klinton sadalayıb.

"Mən başa düşürdüm ki, münaqişənin yenidən alovlanması ehtimalı var. Lakin fikrimcə, bu ehtimalın böyüklüyü daha çox NATO-dan deyil, Rusiyanın demokratik ölkə olaraq qalıb-qalmamasından və 21-ci əsrdə öz böyüklüyünü necə görəcəyindən asılı idi. O, elmi, texnoloji və mədəni istedadlarından istifadə edərək müasir iqtisadiyyat yaradacaq, yoxsa güclü avtoritar hökumət və güclü ordu ilə 18-ci əsrdə təbii sərvətlər resursları hesabına idarə olunan imperiyanın oxşarını yenidən yaratmağa çalışacaq?”  - deyə eks-prezident davam edib.

Klintonun sözlərinə görə, o, Rusiyanın “düzgün yolu seçməsi” və 21-ci əsrin böyük demokratik ölkələrindən birinə çevrilməsi üçün əlindən gələni edib. “Prezident kimi xaricə ilk səfərim Vankuverə oldu, orada Yeltsinlə görüşdüm və ona Rusiyaya Baltikyanı ölkələrdən öz ordusunu çıxarması və onları mənzillə təmin etməsi üçün 1,6 milyard dollar verəcəyimə söz verdim. 1994-cü ildə Rusiya NATO ölkələri sırasına daxil olan və alyansa üzv olmayan Avropa dövlətlərinin iştirakı ilə birgə təlimləri özündə əks etdirən praktiki ikitərəfli əməkdaşlıq proqramı olan Sülh Naminə Tərəfdaşlığa qoşulan ilk ölkə oldu. Həmin il ABŞ Rusiya və Böyük Britaniya ilə birlikdə Kiyevin o vaxt dünyada üçüncü olan nüvə arsenalından imtina etməsi müqabilində Ukraynanın suverenliyi və ərazi bütövlüyünə zəmanət verən Budapeşt Memorandumunu imzaladı. 1995-ci ildən, Bosniya müharibəsinə son qoyan Deyton sazişinin imzalanmasından sonra biz Rusiya hərbçilərinin Bosniyada yerləşən sülhməramlı qüvvələrin tərkibinə daxil edilməsi barədə razılığa gəldik. 1997-ci ildə biz Moskvaya veto hüququ olmadan alyans məsələləri ilə bağlı fikir bildirmək imkanı verən NATO-Rusiya Təsis Aktının imzalanmasını dəstəklədik, həmçinin Rusiyanın “Böyük səkkizliyə” çevrilən “Böyük yeddiliyə” daxil olmasını müdafiə etdik. 1999-cu ildə Kosovo münaqişəsinin sonunda ABŞ-ın müdafiə naziri Bill Koen Rusiyanın müdafiə naziri ilə BMT-nin sanksiyasına uyğun olaraq tətbiq edilən NATO sülhməramlı birləşmələrinə rus qoşunlarının daxil edilməsi ilə bağlı razılığa gəldi. Və bu müddət ərzində biz Rusiyanın nəhayət NATO-ya qoşulması imkanını saxladıq, bunu mən Yeltsinə, sonradan isə onun varisi Vladimir Putinə bildirmişdim”, - deyə  Klinton xatırladıb.

Lakin Amerika Rusiyanı təkcə NATO əməliyyatlarına fəal şəkildə cəlb etmirdi: “Madlen Olbrayt ABŞ prezident administrasiyasının bütün milli təhlükəsizlik aparatı ilə birlikdə ikitərəfli münasibətlərdə müsbət gündəmi təşviq etmək üçün yorulmadan çalışıb”, - deyə eks-prezident vurğulayıb. “Belə ki, ABŞ-ın vitse-prezidenti El Qor və Rusiyanın baş naziri Viktor Çernomırdin hər iki ölkə üçün qarşılıqlı maraq doğuran məsələlər üzərində işləyən xüsusi komissiyaya birgə sədrlik ediblər”, - deyə o xatırladıb. “Bundan əlavə, Moskva və Vaşinqton hər tərəfdən 34 ton silah plutoniumunu məhv etmək, habelə Rusiya, Avropa ölkələri və NATO qüvvələrini sərhədlərdən çıxarmaq barədə razılığa gəlmişdilər, baxmayaraq ki, Putin 2000-ci ildə vəzifəyə gəldikdən sonra bu plandan imtina etdi”, - deyə Klinton yazıb.

ABŞ-ın keçmiş prezidentinin xatırladığı kimi, ümumilikdə o, Yeltsinlə 18 dəfə, Putinlə isə beş dəfə - Yeltsinin dövründə iki dəfə hökumətə başçılıq edərkən və prezident səlahiyyətlərinin kəsişdiyi on ay ərzində daha üç dəfə görüşüb; ümumilikdə bu, 1943-cü ildən 1991-ci ilə qədər bütün dövr ərzində SSRİ və ABŞ liderləri arasında keçirilən görüşlərdən cəmi üç tədbir azdır. “Bizim Rusiyaya məhəl qoymadığımız, ona hörmətsizlik etdiyimiz və ya onu təcrid etməyə çalışdığımız fikri doğru deyil. Bəli, NATO Rusiyanın etirazlarına baxmayaraq genişləndi, lakin bu genişlənmə təkcə Vaşinqton və Moskva arasındakı münasibətlərə aid deyildi: bu, daha geniş miqyaslı məsələ idi”, - deyə Klinton bildirib.

"Mənim administrasiyam 1993-cü ildə işə başlayanda heç kim əmin deyildi ki, soyuq müharibədən sonra Avropa dinc, sabit və demokratik region olaraq qalacaq, - deyə eks-prezident izah edib. - Şərqi Almaniyanın Qərbə inteqrasiyası, Balkanlarda olduğu kimi bütün qitədə də uzun müddət davam edən münaqişələrin alovlanıb-alovlanmayacağı və Varşava Müqaviləsi Təşkilatının artıq keçmiş üzvləri və sovet respublikalarının özlərinin təhlükəsizliyini necə təmin etməsi məsələsində ciddi suallar vardı və bu suallar təkcə Rusiya qarşısında durmurdu, həm də onların bir-birinə münasibəti, eləcə də onların sərhədlərindəki münaqişələrinə aid idi. Aİ və NATO-ya daxil olmaq perspektivi isə Mərkəzi və Şərqi Avropa dövlətləri üçün təcridçilik və militarizasiya strategiyasından əl çəkərək siyasi və iqtisadi islahatlara sərmayə qoymaq üçün böyük stimul oldu”.

Klintonun sözlərinə görə, nə Aİ, nə də NATO “Stalinin 1945-ci ildə onlara tətbiq etdiyi” sərhədlər daxilində qala bilməzdi. O yazır: “Əvvəllər dəmir pərdə arxasında yaşayan bir çox ölkələr indi Aİ və NATO daxilində azadlıq, firavanlıq və təhlükəsizliyə can atırdılar. Onları bu yola ilham verən liderləri aparırdı: Çexiyada Vatslav Qavel, Polşada Lex Valensa və Macarıstanda - təsəvvür edin, demokratik dəyərlərin gənc tərəfdarı Viktor Orban. Mən hər dəfə Praqa, Varşava, Budapeşt, Buxarest, Sofiya və başqa şəhərlərin meydanlarında çıxış edəndə ora minlərlə sadə insan toplaşırdı. 2021-ci ilin dekabrında İsveçin keçmiş baş naziri və xarici işlər naziri Karl Bildt Tvitter hesabında yazıb: “Şərqə getməyə çalışan NATO deyil, qərbə getmək istəyən Sovet İttifaqının keçmiş satellitləri və respublikalarıdır”. Qavel daha əvvəl, 2008-ci ildə demişdi: “Avropa artıq öz xalqlarının başı üzərindən və onların iradəsinə zidd olaraq maraq və ya təsir sferalarına bölünmür və bu, belə də davam etməlidir”. Əgər biz Mərkəzi və Şərqi Avropa ölkələrinin NATO-ya üzvlük müraciətlərini sadəcə Rusiyanın qarşı olduğu üçün rədd etsək, onları təsir dairələrinə bölməyə başlayardıq”.

NATO-nun genişləndirilməsi üçün təkcə qurumun o vaxtkı 16 üzvünün hamısının deyil, həm də ABŞ Senatının üçdə ikisinin razılığını almaq, habelə namizədlərin alyansın standartlarına cavab vermələrinə əmin olmaq üçün onlarla hərbi, iqtisadi, siyasi islahatlar baxımından məsləhətləşmələr aparmaq və paralel olaraq Rusiyanı demək olar ki, hər dəfə sakitləşdirmək  lazım idi, - deyə Klinton qeyd edir. Bununla belə, o, Madlen Olbraytın hər addımda bütün tapşırıqların öhdəsindən parlaq şəkildə gəldiyinə əmindir. “Üstəlik, onun dövlət qulluğunda olduğu dövrə Madlen kimi çox az diplomat uyğun gəlirdi”, - deyə eks-prezident iddia edib. “O, müharibə şəraitində olan Avropada böyümüş və əvvəlcə Hitler, sonra isə Stalinə görə ailəsi ilə birlikdə iki dəfə evini tərk etməli olmuşdu. O, başa düşürdü ki, Avropa qitəsində milli dövlətlər yaranandan bəri ilk dəfə olaraq soyuq müharibənin sonu azad, birləşmiş, firavan və təhlükəsiz Avropa üçün bir şansdır. Və o, sonradan BMT-nin nümayəndəsi və dövlət katibi kimi bu planı həyata keçirmək və onu təhdid edən dini, etnik və digər “tayfa” çəkişmələrini dəf etmək üçün çox çalışdı. O, Çexiya, Macarıstan və Polşanın 1999-cu ildə NATO-ya qoşulması üçün diplomatik arsenalındakı bütün vasitələrdən, eləcə də daxili incəliklərindən istifadə etdi”.

Nəticədə iki onillik ərzində Avropada sülh və firavanlıq hökm sürdü, bundan getdikcə daha çox ölkə faydalanırdı və Qərb ölkələrinin kollektiv təhlükəsizliyi möhkəmlənirdi; Çexiya, Macarıstan və Polşada adambaşına düşən ÜDM üç dəfə artdı; bu üç ölkə NATO əməliyyatlarında, o cümlədən Kosovoda ən fəal iştirak etdilər və Klintonun qeyd etdiyi kimi, alyansın heç bir üzvü xarici işğala məruz qalmadı.

Eks-prezidentin sözlərinə görə, Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirməsi heç bir halda NATO-nun genişlənmə siyasətinin məqsədəuyğunluğuna şübhə yaratmır, əksinə, onun zəruriliyini təsdiqləyir. Klintonun fikrincə, Vladimir Putini hərəkətə keçməyə vadar edən Ukraynanın yaxın gələcəkdə alyansa qoşulması perspektivi deyil, onun Rusiyadakı gücünü təhdid edən ölkənin demokratiyaya doğru dəyişməsidir və əgər Baltikyanı və Şərqi Avropa ölkələri NATO-ya qəbul edilməsəydi, Moskva indi onları da təhdid edərdi.

“Rusiya demokratiyasının süqutu və ölkənin revanşizmə dönüşü heç də NATO-nun Brüsseldəki qərargahından ilhamlanmayıb: bu qərar Moskvada verilib və Putin tərəfindən qəbul edilib. O, Rusiyanın fenomenal informasiya texnologiyaları sahəsindəki bacarığından istifadə edə və güclü, çoxşaxəli iqtisadiyyat quraraq Silikon vadisi ilə rəqabət apara bilərdi. Amma əvəzində o, bu bacarıqları monopoliyaya çevirərək onlardan öz sərhədləri daxilində avtoritarizmin gücləndirilməsində, xaricdə xaos yaymaq üçün, o cümlədən Avropa və ABŞ siyasətinə qarışmaqla, silah kimi istifadə etmək yolunu seçdi. Yalnız güclü NATO Putini daha aqressiv hərəkətlərdən saxlayır”, - deyə Klinton yekunlaşdırıb.

 

Tərcümə və təqdim etdi: Miraslan

Oxşar xəbərlər
22:23, Bu gün
PKK-nın Almaniyadakı lideri həbs edildi
22:17, Bu gün
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
22:14, Bu gün
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
22:12, Bu gün
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
22:05, Bu gün
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
22:01, Bu gün
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
21:57, Bu gün
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
21:54, Bu gün
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
21:43, Bu gün
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
21:42, Bu gün
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
21:41, Bu gün
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
21:40, Bu gün
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
21:22, Bu gün
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
21:21, Bu gün
İraq Prezidenti COP29-a dəvət olunub
21:12, Bu gün
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
21:09, Bu gün
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
21:07, Bu gün
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
20:56, Bu gün
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
20:47, Bu gün
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
20:45, Bu gün
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
20:42, Bu gün
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
20:38, Bu gün
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
20:32, Bu gün
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
20:30, Bu gün
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
20:25, Bu gün
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
20:20, Bu gün
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
20:14, Bu gün
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
20:08, Bu gün
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
20:05, Bu gün
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
20:02, Bu gün
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
19:59, Bu gün
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
19:54, Bu gün
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
19:51, Bu gün
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
19:48, Bu gün
Əskiparaya gedən yol açıldı - VİDEO
19:45, Bu gün
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
19:43, Bu gün
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
19:40, Bu gün
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
19:37, Bu gün
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
19:30, Bu gün
Türkiyə XİN-dən 1915-ci il hadisələri ilə bağlı bəyanatlara REAKSİYA
19:24, Bu gün
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
19:21, Bu gün
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
19:19, Bu gün
Ukrayna xalq deputatları Ruben Vardanyanın Nobel mükafatına namizədliyinə etiraz ediblər
19:17, Bu gün
Müşviq qalmaqal yaşadığı aparıcının verilişinə qatıldı - VİDEO
19:16, Bu gün
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
19:09, Bu gün
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı
18:58, Bu gün
Krım körpüsü bağlanıb
18:54, Bu gün
Laçında keçirilən konfransda bərpa olunan enerji mənbələri sahəsində təşəbbüslər müzakirə olunub
18:48, Bu gün
Bu gün və sabahın ən maraqlı qarşılaşmaları - AFİŞA
18:42, Bu gün
Qırğızıstan prezidenti Bakıda şəhidlərin xatirəsini ANDI
18:37, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
18:33, Bu gün
Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi
18:28, Bu gün
Həm sakinlərin, həm də sahibkarların müraciətləri "Açıq mikrofon"da...
18:20, Bu gün
“Bakcell” bütün ölkəni Bulvardakı konsertə çağırır
18:15, Bu gün
Sabah Binəqədidə qaz olmayacaq - YENİLƏNİB
18:11, Bu gün
UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO
18:02, Bu gün
Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
17:59, Bu gün
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
17:58, Bu gün
Əmin-amanlıq, mehriban qonşuluq: Bakıdan dünyaya sülh çağırışı - ŞƏRH + FOTO
17:55, Bu gün
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalandı
17:53, Bu gün
Kadırov bədəni və ruhunun gözəl olduğunu nümayiş etdirib
17:52, Bu gün
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTO
17:48, Bu gün
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
17:44, Bu gün
BDU-da Karyera Festivalı keçiriləcək
17:40, Bu gün
Ekspert: “Əyani təhsil alan doktorantlar universitetlərdəki boşluğa görə işləyə bilmirlər” - AÇIQLAMA + FOTO
17:36, Bu gün
Bakıda binalarda yeni oğurluq üsulu: Kameraya düşməsin deyə işığı söndürür - VİDEO
17:33, Bu gün
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırıldı - FOTO
17:30, Bu gün
Anastasiyanın ərinin vəkilindən ittihamlara cavab: “Arvadı da bir neçə dəfə ona əl qaldırıb” - FOTO
17:27, Bu gün
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazandı
17:24, Bu gün
Prezidentdən mühüm mesajlar: Cənubi Qafqazda sülh üçün unikal imkan yaranıb - ŞƏRH + FOTO
17:19, Bu gün
Region Liqasının final oyununun yeri və başlama saatı müəyyənləşdi
17:18, Bu gün
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
17:16, Bu gün
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
17:12, Bu gün
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödədi
17:10, Bu gün
Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
17:08, Bu gün
Aysun İsmayılova: “İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - VİDEO
17:04, Bu gün
Büdcəyə yenidən baxılacaq? - FOTO
17:00, Bu gün
Kadrlar şöbəsi rəisinin 720 minlik oğurluq işi Ali Məhkəmədə - Nelli Fabriçnaya bəraət istəyir
16:56, Bu gün
Bu uşaqlar hər il qripə qarşı peyvənd edilməlidir - Pediatr AÇIQLADI + FOTO
16:52, Bu gün
Vidadi İsayev Bərdənin İkinci Nazırlı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
16:50, Bu gün
Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib
16:48, Bu gün
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
16:46, Bu gün
Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib? - TƏFƏRRÜAT
16:44, Bu gün
AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub - FOTO
16:40, Bu gün
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçiriləcək
16:37, Bu gün
Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
16:36, Bu gün
ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib
16:33, Bu gün
Röyanın ona görə adını dəyişən fanatı vəfat etdi - VİDEO
16:29, Bu gün
Londonda qeyri-adi marafon: Şərab içə-içə 13 min qazandı - VİDEO
16:27, Bu gün
İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı
16:25, Bu gün
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
16:20, Bu gün
Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalandı - FOTO
16:17, Bu gün
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
16:15, Bu gün
Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO
16:10, Bu gün
Rusiya və İran "Mir" kartlarının qəbulu üzrə pilot layihəsinə hazırlaşır
16:05, Bu gün
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
16:03, Bu gün
"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb
16:00, Bu gün
Səudiyyə Ərəbistanının kralı xəstəxanaya yerləşdirildi
15:57, Bu gün
Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında
15:53, Bu gün
Ayxan Hacızadə: "Azərbaycan sülh, təhlükəsizlik və rifaha töhfə verir" - FOTO
GÜNLÜK
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
07:07, Bu gün
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
08:30, Bu gün
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
21:11, Bu gün
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23 Apr 2024 | 22:51
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
23 Apr 2024 | 23:45
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23 Apr 2024 | 22:48
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
23 Apr 2024 | 22:50
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
23 Apr 2024 | 23:50
"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı
23 Apr 2024 | 22:47
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR