"I Pyotrdan qalma kəskin imperiyaçılıq xəstəliyi rus cəmiyyətinin iliyinə qədər işləyib..."
Siyasət
Oxunub: 3719
23 Aug 2021 | 13:24
SƏYLƏR, MÖVQELƏR, BAXIŞLAR BİRLƏŞMƏYİNCƏ...
 
Başqa necə etmək və neyləmək olar ki, bu istilaçı, basqınçı dövlətdən-Rusiyadan uzaqda dayanasan?! Bir bəladır keçib insanların boğazına!!! Başından ayağınadək  təhlükə mənbəyidir. Qorxunc barmaqları hansı məkana tuşlandısa, orada silahlı münaqişə, milli toqquşma qaçılmazdır. Nəhayət, müharibə qaçılmazdır!!!  Xahiş edərdim bu fikri mənim gəldiyim nəticə kimi yox, tarixin dəfələrlə təsdiq etdiyi reallıq kimi qəbul edəsiniz.
 
Ölkələr və xalqlarla normal siyasi, iqtisadi, mədəni əməkdaşlıq zəminində yaşamaq və səmimi münasibətlər qurmaq rus şovinizmi üçün "anadangəlmə" yad bir anlayış olub. Uzağa getmədən Rusiya hökumətinin yaxın 30 ildə yürütdüyü Qafqaz siyasətinə baxaq.  Bölgədə axıtmadığı qan qalmadı. Yenə də doymur..Ancaq bütün tiranlar çökdüyü kimi sonucda etiraz dalğalarına tab gətirməyib SSRİ-nin qalığı olan rus imperiyasının çökəcəyi də labüddür. Əlac yalnız prosesi  tezləşdirməkdən asılıdır. Bunun üçün istər daxildən, istər  xaricdən olsun, səylər, mövqelər, yanaşmalar birləşdirilməlidir. Yoxsa qızmış şimal ayısı çox baş aparacaqdır. Millətlərarası münaqişə ocaqları yaradaraq xalqları bir-birinə düşmən edib və bundan özü üçün böyük siyasi qazanc əldə etmək SSRİ-nin varisi olan Rusiya hökumətinin diqqət mərkəzindən nəinki çıxıb, əksinə get-gedə daha kəskin xarakter almaqdadır. Sizcə Gürcüstanda svan-azərbaycanlı qarşıdurması elə-belə gündəmə gətirildi? Xeyr!!! Zənnimcə, Ermənistan-Azərbaycan arasında gedən şiddətli döyüşlər zamanı belə bir qarşıdurmanın hazırlanması heç də təsadüfi deyildir. Yaxşı ki, gürcü dostlarımız bu hiylənin qarşısını vaxtında aldı və hər iki ölkə üçün böyük problemlərə səbəb olacaq arzuolunmaz prosesin geniş miqyas almasına imkan vermədi. Dərindən araşdırma aparılarsa, FSB-nin barmağını burada da görə bilərik...
   
Tutalım ki, bu cür metodlarla yenidən SSRİ-ni "doğuzdurmaq" niyyəti baş tutdu. Halbuki qətiyyən ağlabatan deyil və bu gün də, gələcəkdə də Moskvanın mərkəziyyətçliyi altına düşməyə keçmiş müttəfiq respublikalardan biri də getməz. SSRİ-dən gördüyümüzü gördük. Bir daha bu zülmətin içinə qayıtmağı kimsə arzu etməz. 
 
Çağdaş Rusiya rəhbərliyinin özü də bunu gözəl dərk edir. Ancaq damar yoxlayır, necə deyərlər, tutar qatıq, tutmaz da ayran...Yeri gəlmişkən, lütfükar oxucularımla tarixi bir haşıyə bölüşmək istərdim. Söhbət SSRİ rəhbərlərinin taleyindən gedir. Beləliklə,    Lenin yoldaş ölər-ölməz aydın olur ki, partiyada ikinci şəxs Trotskidir. Stalin,  Kamanev, Buxarin, Zinovyev onu satqınçılıqda günahlandıraraq SSRİ-dən sürgün edirlər. İki il sonra NKVD-nin başçısı Henrix Yaqoda Stalin istisna olmaqla partiyada böyük nüfuz sahibi olan hər üç kommunist lideri satqınçılıqda və partiyaya ziyan vurmaqda günahlı bilib həbs edir. Sonradan Yaqodanın özü casusluqda və satqınçılıqda ittiham edilərək Yejov tərəfindən həbsə atılır. İki il sonra bəlli olur ki, Yejov da xarici agenturaya  işləyirmiş. Bu dəfə onu da Beriya damlayır. Stalinin ölümündən bir neçə ay sonra isə Lavrenti Beriyanı satqınçılıq və partiyaya xainlik etdiyinə görə Jukov həbsxanaya tullayır. Beləliklə, Xruşov SSRİ-yə rəhbər gəlir və az sonra Jukovu Urala "yola" salır. Kommunist Partiyasının Xruşovdan üzü bəri rəhbərlərinin aqibəti həbs və ölümlərlə bitməsə də heç yaxşı adla da vəzifədən götürülməyiblər. Brejnevin döşünə ölümündən sonra durğunluq markasını yapışdırdılar. Mixayel Qorbaçovun alnına isə ABŞ-ın agenti  damğasını vurub həm SSRİ-ni, həm də onun özünü çökdürdülər. İndi baxın bu quruluşun vəziyyətinə. Yarandığı gündən süqutunadək siyasi intiraqalar bataqlığında olan SSRİ rəhbərləri nə xalqların mütərəqqi zəmində inkişafına, nə də bu yekəlikdə dövlətin normal, qanunlara əsaslanan idarəçilik qaydalarına  tələb olunan səviyyədə əməl edilməyib. Hər şey üzdə olub. Partiyanın baş katibi kim "seçilirdisə" qruplaşma və şəxsi savaşlar  həmin saatdan, həmin dəqiqədəncə Siyasi Büronun gündəliyində özünə yer alırdı. Belə ki, Kremlin pas atmış divarlarını  bundan sonra tarixin zibilliyinə atılmış "yeni SSRİ" ilə  təzələmək mümkünsüz bir işdir. Bir sözlə, qaragüruh sistemin mayası çox pis yoğrulmuşdu. Özünü heç bir mənada doğrulda bilməyən keçmiş SSRİ ilk növbədə Rusiyanın  adına olduqca ağır və unudulması mümkün olmayan zərərlər vurub. Moskvada Putinin əleyhinə qalxan kütləvi etirazlar dediklərimizin əyani sübutudur. Onun da devriilməsinə az qalıb. Artıq rus xalqı ölkənin siyasi intiraqalar vasitəsi ilə idarə edilməsindən cana doyub. Nə isə... 
 
Azərbaycan əvvəlki Azərbaycan deyil. Bunu 44 günlük müharibədə Ordumuzun və Ali Baş Komandanımızın qətiyyəti, əzmi və milli dayanıqlığı tam sübuta yetirdi. Ölkəmizin yüksək inkişaf tempi, dünyaya inteqrasiyası rusları ciddi şəkildə narahat etməyə başlayıb.  Kremlin sözcüsü rolunu ifa edən Vladimir Jirinovski və ermənipərəst telejurnalist Solovyevin timsalında antiazərbaycan təbliğatının detalları Rusiya hakimiyyətinin dərin qatlarında hazırlanaraq onlara ötürülür. Bu baxımdan Rusiyanın Qarabağda yerləşən qeyri-qanuni erməni silahlı birləşmələrini silahlandırması qətiyyən təsadüfi gediş sayıla bilməz. "Sülhməramlı" qüvvənin də müasir döyüş texnikası ilə təchizatı təşəbbüslərinə sıradan bir məsələ kimi baxmaq olmaz. Sual meydana çıxır,  buna nə ehtiyac vardı?! Avtomat Kalaşnikov və digər yüngül silahlar kifayət edərdi məncə. Uzaqvuran artilleriya qurğularını, hava hücumundan mühafizə sistemlərini, T-90 tanklarını, minomyotları, müasir raket qurğularını,  hələ bizə məlum olmayan digər güclü silah arsenalını ərazilərimizə daşımaqda məqsəd nədir!? Bəlkə həmin silahlar vasitəsi ilə"ikinci yanvar" qətliamını təkrar törədib Azərbaycanı bu dəfə "ömürlük" işğal etmək niyyətindədilər!?  Kreml kökündən səhvə yol verir. Bununla nə dövlətimiz, nə də xalqımız barışa bilməz. Qətiyyən barışa bilməz!!! Hərbi qüvvə və imkanlara arxayın olub da Azərbacana qarşı yeni səlib yürüşünə çıxmaq Rusiyaya hansısa başucalığı gətirməz. Prezident İlham Əliyev son müsahibəsində, birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə Kəlbəcərə səfəri zamanı verdiyi bəyanatlarda Azərbaycanın strateji hədəflərinə sadiqliyini  bir daha ortaya qoydu  və erməni faşistlərinin hamilərini sülhə, əməkdaşlıq prinsiplərinə əməl etməyə çağıraraq onları Yeni Azərbaycanla zarafat etməməyə səslədi. Prezidentin mövqeyi ilə ürəkdən bölüşürəm. Dövlətimizin çıxarları üçün nümayiş etdirdiyi siyasi dəsti-xətti birmənalı müdafiə edirəm. Ali Baş Komandanın İctimai rəydə geniş əks-səda doğuran mövqeyi ölkə  vətəndaşları ilə yanaşı beynəlxalq birlik tərəfindən də diqqət mərkəzinə alındı. Azərbaycanın əksər müxalif təşkilatlarının da dövlət başçımızın milli maraqlara söykənən  mövqeyinə yüksək dəyər vermələrini təqdirəlayiq hadisə kimi qiymətləndirirəm. Xalq-Ordu-Dövlət birdirsə, düşmənə qarşı mübarizədə yekdildirsə o ölkəni  yıxmaq mümkün deyil. Bu mənada Rusiya özünü yormasın!!! Gücünə də çox arxayın olmasın!!!
 
Əslində dövlətlərin gücünü, qüdrətini, nəhayət, siyasi mədəniyyətini silahlar təyin  etməməlidir. Təəssüflər olsun ki, indi hərbi güc ağlı və zəkanı geridə qoyur. Təsəvvür edin indi meyarlar nə ilə ölçülür!? Belə ki, hansısa dövlət güclü hərbiyəyə sahibdirsə, deməli,  demokratiya,  azadlıq, haqq-ədalət də onun yanındadır. Rusiya güzgüdə özünü məhz bu cür görür. Yer üzündə bəlkə də tək dövlət, tək millətdir ki, nə bir başqa dövlətə, nə də başqa bir xalqa bəsəri rəftar normalarına uyğun səmimi münasibətlə yanaşmır. Heç görmüsünüz, şahidi olmusunuzmu ki, Rusiya hardasa baş verən münaqişə ocaqlarından birindəcə qarşıdurmanı şəxsi mənfəət və  maraq güdmədən, tərəf tutmadan ədalətli, sülh şəraitində həll etmək həvəsində olsun!? Eşitmisinizmi belə bir şey!?  Mən xatırlamıram!  Bu dövlət millətini də tamamən zəhərləyib yaman günə salıb. "Parçala və hökm sür" siyasəti bir ideologiya olaraq rus xalqının gündəlik həyatında hələ də öz yerini möhkəm qoruyub saxlayır. Odur ki, Rusiyanın gizli və ya açıq rollarına-oyunlarına  aldanmamalıyıq... Əslində aldanmırıq da!!! Görsənir ki, keçən ilin noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyannamədəki müddəalar artıq Moskva  üçün əhəmiyyətini itirib və kağız parçasına dönüb. Aşkar hiss olunur ki, 5 illik müddət Rusiyanı qane etmir. Yuxarıdan aşağıyadək idarəetmə sistemini bürümüş bu hiyləgər siyasi xətt dəyişməyincə Azərbaycan ictimaiyyətinin Putin hakimiyyətinə mənfi münasibəti də dəyişməz qalacaqdır.  Pyotrdan qalma kəskin imperiyaçılıq xəstəliyi rus cəmiyyətinin iliyinə qədər işləyib. Prezident İlham Əliyevin tarixi ədalətin bərpası çağrışına Putin hökumətinin hiyləgər münasibəti göstərir ki, artıq mübarizə tərəfi kimi meydanda Ermənistan yox, Rusiya dayanır. 
 
Dünya dəyişmək istəyir, yaxşıya, gözəlliyə, qansız və qadasız gələcəyə doğru can atır. Lakin aramsız silah səsləri, göydən tökülən bombalar, saysız-hesabsız ölümlər insanlığı qorxu və həyacan içərisində saxlayır. İnsanlıq bir sualın cavabını tapmağa acizlik çəkir: " Görəsən yer üzünü qana bürüyən atəş səsləri haçansa kəsiləcəkmi!?" Bəs haraladan gəlir bu bomba səsləri?! Harada müsəlman yaşayır, o torpaqlardan gəlir. Nə ABŞ-ın, nə Rusiyanın, nə də Avropanın içi qaynamır... Nəhayət ki, yazını Nobel mükafatçısı misirli bir yazarın müdrik sözü ilə yekunlaşdırmaq istərdim. Adını unutduğum yazıçıya sual edirlər ki, sizə görə dünyanın möcüzəsi nədir!? Nobelçinin heyrətamiz cavabına baxın: "Mən iki müsəlmanın sözünün bir-birini tutmasını dünyanın ən böyük möcüzəsi hesab edərdim." 
 
Ayılmaq vaxtıdır, ay müsəlmanlar!!! Bəsdir daha yatdığımız!!! Bəsdir daha bir-birimizə qənim kəsiməyimiz!!! 
 
Eldar Sabiroğlu
keçmiş millət vəkili, ehtiyatda olan polkovnik
Oxşar xəbərlər
22:52, Bu gün
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
22:49, Bu gün
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
22:46, Bu gün
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
22:43, Bu gün
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
22:34, Bu gün
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
22:25, Bu gün
Zelenski Trampla görüşüb
22:23, Bu gün
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
22:17, Bu gün
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
22:17, Bu gün
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
22:14, Bu gün
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
22:09, Bu gün
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
22:07, Bu gün
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
22:05, Bu gün
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
21:59, Bu gün
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
21:52, Bu gün
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
21:45, Bu gün
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
21:34, Bu gün
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
21:27, Bu gün
Bu çörək zavodu məhkəməyə verildi
21:18, Bu gün
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
21:10, Bu gün
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
21:02, Bu gün
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
20:57, Bu gün
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
20:49, Bu gün
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
20:41, Bu gün
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
20:32, Bu gün
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
20:25, Bu gün
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
20:17, Bu gün
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
20:07, Bu gün
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
19:59, Bu gün
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
19:49, Bu gün
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
19:41, Bu gün
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
19:36, Bu gün
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
19:33, Bu gün
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
19:32, Bu gün
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
19:24, Bu gün
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
19:14, Bu gün
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
19:06, Bu gün
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
19:02, Bu gün
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
18:57, Bu gün
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
18:49, Bu gün
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
18:40, Bu gün
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
18:35, Bu gün
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
18:32, Bu gün
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
18:25, Bu gün
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
18:16, Bu gün
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
18:13, Bu gün
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
18:10, Bu gün
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
18:08, Bu gün
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
18:04, Bu gün
BDU kollektivi Zəfər parkında - FOTO
17:59, Bu gün
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
17:58, Bu gün
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
17:53, Bu gün
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
17:48, Bu gün
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
17:44, Bu gün
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
17:40, Bu gün
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
17:36, Bu gün
Polkovnik Seymur Qurbanov saxlanıldı
17:32, Bu gün
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
17:30, Bu gün
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
17:28, Bu gün
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
17:21, Bu gün
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
17:17, Bu gün
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
17:11, Bu gün
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
17:05, Bu gün
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
16:58, Bu gün
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
16:52, Bu gün
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
16:46, Bu gün
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
16:40, Bu gün
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
16:38, Bu gün
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
16:32, Bu gün
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
16:27, Bu gün
2025-ci ildə bu 4 bürc evlənəcək
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
16:16, Bu gün
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
16:10, Bu gün
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
16:05, Bu gün
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
16:05, Bu gün
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
16:00, Bu gün
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
15:55, Bu gün
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
15:50, Bu gün
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
15:44, Bu gün
"Neftçi" klubunda yeni təyinat - FOTO
15:38, Bu gün
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
15:32, Bu gün
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
15:27, Bu gün
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
15:21, Bu gün
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
15:15, Bu gün
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
15:06, Bu gün
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
15:00, Bu gün
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
14:55, Bu gün
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
14:54, Bu gün
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
14:50, Bu gün
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
14:44, Bu gün
"Gəldi, amma dostlarının çiynində"
14:38, Bu gün
Kadırov hücum etdi və məğlub oldu
14:32, Bu gün
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
14:26, Bu gün
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
14:20, Bu gün
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
14:14, Bu gün
Millimiz Ermənistanı məğlub etdi
14:08, Bu gün
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
14:02, Bu gün
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
13:57, Bu gün
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
13:51, Bu gün
Vilayət Eyvazov Zəfər parkında olub - VİDEO
13:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
GÜNLÜK
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
16:21, Bu gün
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib