“Erməni şüvəni, hay-küyü hamıya bəllidir. Ona görə Norabak kəndində yaşayan on ailə indiyə qədər Azərbaycan Ordusundan hər hansı bir zərər görübmü, yox. Ümumiyyətlə, ermənilər birdəfəlik qulaqlarına sırğa edib asmalıdırlar ki, Azərbaycan müharibə yox, bölgədə rahatlıq, sülh, əmin-amanlıq istəyir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə vay-şüvən salmaq ermənilərin xislətidir:
“Bunu ölkə Prezidenti Cənab İlham Əliyev də bəyan edib. Ağılı başında olan, özgə torpaqlarına göz dikməyən, özünün əməyi ilə yaşamaq istəyən hər hansı bir xalq müharibə istəməz. Əlbəttə, bu gün o kənddə reportaj hazırlayan müxbir də ermənidir, o da bu cür məlumat hazırlamaqda maraqlıdır. Ermənilər işlədikləri kütləvi informasiya vasitələrini erməni millətçiliyinin, radikalizminin qulluğuna qoymağa çalışırlar. Öz sahələrində erməni millətinə xidmət göstərirlər. Əvvəla bu cür qışqırıq salmaq onların özlərinin canında var. Qaşınmayan yerdən qan çıxarırlar, həyasız və tərbiyyəsiz millətdirlər. Amma onları qızışdıran, arxalarında duran Rusiya, ABŞ, Fransa kimi qüvvələr, xristian təəssübkeşliyindən çıxış edərək bunları bizim əleyhimizə qaldırırlar. Dünyanın əmin-amanlığını istəməyənlərə ar olsun”.
Qeyd edək ki, Azad Radiosunun erməni xidməti Kəlbəcərlə sərhədə yaxın Norabak kəndindən reportaj hazırlayıb. Kənddə məskunlaşan 10 ailə burda atəş səsləri altında yaşamağın çətin olduğunu deyiblər.
Vasif Əlihüseyn