“Ermənilər döyüş mövqeyi hazırlayır, ruslar bunu görməzdən gəlir”
Siyasət
1430
15 Aug 2021 | 11:13

“Ermənilər döyüş mövqeyi hazırlayır, ruslar bunu görməzdən gəlir”

Ötən günlərdə Rusiya Müdafiə Nazirliyinin Qarabağda baş verən hadisələrlə bağlı açıqlaması Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq təxribat kimi qiymətləndirildi və haqlı olaraq etirazla qarşılandı.
 
Rusiya MN-in məlumatında deyilirdi: 
 
“Avqustun 11-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərinə zərbələr endirib, xəsarət alan yoxdur, hadisə ilə bağlı araşdırma aparılır”.
 
Belə açıqlama Qarabağda müharibədən sonra sülhməramlı missiyasını üzərinə götürən ölkənin ədalətsiz mövqe tutumasını, bu azmış kimi işğalçı ordunun qalıqlarına dəstəyini ifadə edirdi. Gözlənildiyi kimi nazirliyin yaydığı məlumat Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı.
 
Rusiyanın belə mövqeydən çıxış etməsinin səbəbi nədir?
 
Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a bildirib ki, Rusiyanın Müdafiə Nazirliyi dolayısıyla Qarabağda yerləşdirilən sülhməramlı kontingentin öz vəzifə borclarını layiqincə yerinə yetirmədiyini təsdiqləyir:
 
“Çünki Qarabağdakı silahlı birləşmələrin çıxarılması rus sülhməramlılarının Qarabağa daxil edilməsi ilə paralel olaraq həyəta keçirilməli idi. Odur ki, rus silahlı qüvvələri öz vəzifələrini layiqincə yerinə yetirsəydilər, bu gün Qarabağda atəşkəsin pozulması halları baş verməzdi.
Digər tərəfdən rus sülhməramlıları həmin ərazilərdən erməni silahlılarını və texnikasını çıxarmaq əvəzinə əlavə olaraq 400 nəfərə yaxın 15 maşınlıq karvanı Qarabağ ərazisinə buraxıb. Bu da bəs deyilmiş kimi, İranın da yük maşınlarını biz ərazilərdə görürük. Artıq Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşır ki, Rusiya öz fəaliyyətlərini müstəqil olaraq yerinə yetirməkdə acizlik çəkir”.
 
“Rusiya anlamalıdır ki, Laçın dəhlizi, Xankəndi Azərbaycan ərazisidir”
 
Ekspertin sözlərinə görə, erməni silahlıları sülhməramlıların nəzarətində olan ərazilərdə döyüş mövqeyləri hazırlayır və səngərlər qazır:
 
 “Bütün bunlar sülhməramlıların gözü qarşısında baş verir. Bunları nədənsə Rusiya indiyə kimi görməzdən gəlir. Bu barədə əlimizdə kifayət qədər faktlar var. Hesab etmək olar ki, bu proseslərə Rusiya Müdafiə Nazirliyi ağlabatan və məntiqli cavab verəcək. Əks halqa Azərbaycanın ermənilərin orda fəaliyyətini dayandırmaq üçün gücü və vasitəsi var.
 
Kimsə bizə öz ərazilərimizidə anti-terror əməliyyatları və yaxud da digər tədbirlərin keçirilməsində məhdudiyyət qoya bilməz. Rusiya yaxşı anlamalıdır ki, Laçın dəhlizi, Xankəndi Azərbaycan ərazisidir, onların orada qalma səbəbləri isə məhz Azərbaycanın razılığı əsasında baş tutub”.
Link kopyalandı!
Son xəbərlər