Heydər Oğuz: “Rusiya Ukraynadan və Qarabağdan üzüsulu geri çəkiləcək"
Siyasət
Oxunub: 2220
25 Apr 2021 | 11:10
Heydər Oğuz: “Rusiya Ukraynadan və Qarabağdan üzüsulu geri çəkiləcək
“Baydenin məqsədi ermənilərə gün ağlamaq deyil. Əksinə, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan ermənilərdə revanşist duyğuları körükləmək və Cənubi Qafqazı yenidən döyüşlərə sürükləməkdir”.
 
Şair-publisist, siyasi analitik Heydər Oğuz Moderator.az-a açıqlamasında belə deyib.
 
Ötən gün 1915-ci ildə baş verən məlum hadisəni “soyqırım” adlandıran ABŞ prezidenti Cozef Baydenin bu addımının erməni kartından istifadə edərək  Rusiya ilə Türkiyəni üz-üzə gətirmək olduğunu düşünən analitik fikirlərini belə əsaslandırdı: “Bilirsiniz ki, ABŞ 1980-ci ilin sonları, 1990-cı ilin əvvələrində də eyni mövqeyi tutmuşdu. Məqsəd SSRİ-ni daxildən parçalamaq üçün onun subyektləri arasında milli ədavəti qızışdırmaq idi. Həqiqətən də ermənilərlə Azərbaycanlılar, daha sonra Özbəklərlə Axıska Türkləri arasında çıxan ziddiyyətlər Sovet İttifaqının etnik mozaiklərdən təşəkkül tapan təməllərini sarsıtdı və bu imperiyanı çökdürdü. Maraqlıdır ki, o zamanlar da ABŞ-da bu siyasəti idarə edənlərdən biri indiki prezident Co Bayden idi. Co Baydenin erməni lobbilərinin yardımı ilə hazırladığı bir sıra qətnamə layihələri Azərbaycanla Ermənistan arasında dərin şırımlar açdı və həmin təxribatların nəticəsi bu günə qədər davam edir”.
 
Şair-publisistin fikrincə, 44 günlük savaşda Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini öz təsir dairəsinin zəifləməsi kimi dərk edən Rusiya Dağlıq Qarabağın tam əldən çıxmasına imkan verməmək üçün sonunda hadisələrə müdaxilə etdi və “sülhməramlı” missiyası adı altında tamamilə ermənilərin mövqeyini müdafiə etməyə çalışdı: “Bu da nəticə etibarilə Azərbaycanı və Türkiyəni narahat etməyə bilməzdi. Azərbaycan prezidenti İlham Əliyevin son zamanlar Rusiya və Ermənistan əleyhinə çıxışları da rəsmi Moskvanın uğursuz vasitəçilik missiyasının nəticəsidir. Münasibətlərin bu qədər kəskinləşdiyi bir zamanda Vaşinqtondan ermənipərəst ritorikanın ən yüksək səviyyədə səsləndirilməsi istər-istəməz “odun üzərinə yağ tökür” və bölgəni yeni savaşlara sürükləyir. Bölgə “rus sülhməramlılarının” nəzarətində olduğundan gərginliklərin artması Moskvanı bu prosesə cəlb edir və regionda Türkiyə-Rusiya qarşıdurmasına zəmin hazırlayır. Mümkündür ki, bu ziddiyyətlər yaxın zamanlarda regionun iki güclü dövləti arasında hesablaşmaları da bərabərində gətirsin”.
 
Həmsöhbətimiz xüsusilə Ukrayna-Rusiya ziddiyyətlərinin artdığı bir zamanda Baydenin bu təxribatçı çıxışını səsləndirməsini təsadüfi saymır. Onun fikrincə, məqsəd Rusiyanın Ukraynaya cəmləşmiş diqqətini həm də Cənubi Qafqaza çəkərək haçalamaq, bir neçə cəbhədə hərbi əməliyyatlar aparmağa məcbur etməkdir: “Təsadüfi deyil ki, Ukrayna prezidentinin dialoq çağrısına “əvvəl Donbassla görüş” mesajını verən Putinə Zelenskinin cavabı çox sərt oldu. Ukrayna lideri faktiki olaraq Putini döyüşə səslədi və “minlərlə, bəlkə də onminlərlə rus əsgərinin bu savaşda ölə biləcəyini” bildirdi. Zelenskinin bir neçə gün aradan sonra dilə gətirdiyi bu təhdidedici cavabı yalnız öz gücünə arxayın olmasından qaynaqlanmırdı. Çox aydın şəkildə görünürdü ki, Kiyev ABŞ və Avropanın bir sıra nəhəngləri tərəfindən dəstəklənəcəyinə inanır. Belə bir vəziyyətdə cəbhə xəttinin daha geniş cinahlara yayılması Vaşinqtonun da maraq dairəsindədir”.
 
Heydər Oğuz hesab edir ki, Türkiyənin Montre Konvensiyasını əsas gətirib NATO gəmilərini Qara dənizə buraxmaq istəməməsi də Baydenin “erməni soyqırımı” ilə əlaqədar təxribatçı bəyanatının mühüm səbəblərindən ola bilər: “Montre Konvensiyasına görə, Türkiyə özünə qarşı təhdid hiss edərsə və ya region dövlətlərindən biri ilə savaşarsa, Türk boğazlarını bağlaya bilər. Faktiki Cənubi Qafqazda Rusiya ilə qarşı-qarşıya gətirilən Türkiyənin Qara dəniz qapısını Moskvanın üzünə bağlamaq haqqı doğur ki, bu da məcazi dillə desək, şimal qonşumuzun boğazından yapışıb sıxmaq mənasına gəlir. Türkiyənin həm də NATO üzvü olduğunu hesaba qatsaq, Ankara öz müttəfiqlərindən dəstək alıb onların hərbi donanmasını Qara dənizə buraxmaq hüququnu özündə saxlayır. Belə görünür ki, hərbi donanmasını Qara dənizə göndərmək istəyən ABŞ regional münasibətləri qəsdən gərginləşdirmək niyyətindədir”.
 
Baydenin məlum çıxışdan əvvəl Ermənistan XİN-nin Türkiyəyə dialoq çağırışı etməsinin İrəvanın bu təhlükənin fərqində olduğunu göstərdiyini deyən Heydər Oğuzun fikrincə, ziddiyyətlərin səngiməsində ən ciddi əngəllərdən biri də Rusiyadır: “Əslində Rusiya bu gün “nə əldən qoyaram, nə yardan doyaram” dilemması arasında çırpınır. Bir tərəfdən özünün həyati problemi kimi gördüyü Qara dənizi əldən vermək istəmir, digər tərəfdən isə bütün cəbhə boyu döyüşə girməyin baha başa gələcəyini hiss edir. Təsadüfi deyil ki, Baydenin “soyqırım” çıxışına hazırlaşdığı gün Qara dənizdə son əzələ nümayişini edən Rusiya təlimlərin bitdiyini bildirərək bölgədən ayrıldı. Moskvanın bu gözlənilməz qərarı Donbass separatçılarında belə, ciddi xəyal qırıqlığına yol açdı. Hətta bölgənin qondarma rejiminin rəhbəri açıq şəkildə Rusiyaya “nəyə gəlmişdin, niyə getdin” mənasını verən mesaj ünvanladı”.
 
Heydər Oğuzun fikrincə, Rusiyanın Qara dəniz-Cənubi Qafqaz bölgəsində at oynatmasının yaratdığı qeyri-müəyyənlik iyun ayının 14-nə qədər sürə bilər: “Bilirsiniz ki, iyunun 14-də NATO ölkələrinin liderlərinin Brüsseldə sammiti keçiriləcək. Toplantının əsas müzakirə mövzusunun Rusiya olacağını NATO rəsmiləri də gizlətməyib. 1949-cu ildə yaranan NATO-nun 72 illik tarixi boyunca nadir hallarda (cəmi 28 dəfə) keçirilən bu cür yüksək səviyyəli sammit alyansın ən mötəbər qərarverici orqanıdır və liderlər məclisində Rusiyanın taleyinin müzakirəyə çıxarılması Moskvanı narahat etməyə bilməz. Fikrimcə, Rusiya daha ciddi insidentlərə yol verməmək üçün üzüsulu şəkildə öz qınına çəkiləcək və Ukrayna ətrafındakı qoşunları daimi dislokasiya yerlərinə qaytarmaqla  bu istiqamətdə ilk addımı atıb. Tədricən müxtəlif bəhanələrlə beynəlxalq nüfuzuna xələl gətirmədən ondan tələb olunan digər addımları da atacaq”.
Oxşar xəbərlər
18:15, Bu gün
Ölkə kubokunda “Qarabağ”ın rəqibi bəlli oldu
18:10, Bu gün
Son sorğu: Tramp Harrisdən öndədir
18:09, Bu gün
Sumqayıtda “COP-29” öncəsi növbəti ekoloji təxribat və özbaşınalıq...-FOTOLAR
18:05, Bu gün
Mürəbbədən kif çıxarılsa yemək olarmı?
18:03, Bu gün
COP29-da iştirak edəcək ingilisdilli jurnalistlər üçün təlimlər keçirilir - FOTOLAR
17:59, Bu gün
Qadın idmançımıza yüksək vəzifə verildi
17:56, Bu gün
"Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım
17:52, Bu gün
“Bakmil”ə gedən qatarların hərəkət cədvəli dəyişdirilir - CƏDVƏL
17:48, Bu gün
Qazaxda yol qəzası: Xəsarət alanlar var
17:44, Bu gün
Bakıda milyonlarla ölçülən toy korteji kimindir? - VİDEO
17:40, Bu gün
"Uğurlu iş adamının şıltaqlıqlarından daha yaxşıdır" - FOTO
17:37, Bu gün
"Komedixana"nın məşhur simaları barışdı - FOTO
17:33, Bu gün
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
17:29, Bu gün
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vuruldu
17:24, Bu gün
Miqrasiya haqqında qanuna dəyişiklik edilir
17:19, Bu gün
Ankarada keçirilən ikitərəfli görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb - FOTO
17:14, Bu gün
20 saylı Mediasiya Təşkilatı məhkəməyə üz tutmağa səbəb saxlamır - FOTO
17:09, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTO
17:04, Bu gün
Qardaşı arvadını və oğlunu qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA
17:00, Bu gün
BDU-da Vətən müharibəsi qaziləri ilə görüş - FOTO
16:57, Bu gün
Aytən Səfərova: "Əgər qız qayınanaya baxmağa gedirsə..." - VİDEO
16:53, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə HÖKM OXUNDU
16:48, Bu gün
"Bunu yük kimi görmürəm" - Milyarder olmaq necə hissdir?
16:45, Bu gün
COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlandı
16:41, Bu gün
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında iştirak etdi - FOTO
16:38, Bu gün
AFFA-nın vəzifəli qəxsi tənbeh olundu - Niyə millidə "məşqçi karuseli" yaratmısan?
16:35, Bu gün
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirildi - FOTO
16:32, Bu gün
Dəhşətli günlər yaxınlaşır, noyabrda... - EHTİYATLI OLUN
16:28, Bu gün
Tanınmış türk futbolçu azərbaycanlı qızla EVLƏNDİ - FOTO
16:24, Bu gün
Ceyhun Bayramov britaniyalı naziri sülh prosesi barədə məlumatlandırdı
16:20, Bu gün
Prezident bu şəxsləri təltif etdi – SƏRƏNCAM
16:16, Bu gün
"Belaruslar bizdən daha fəal mübarizə aparıb" - Saakaşvili
16:10, Bu gün
TDT-yə üzv ölkələrin əmək və sosial müdafiə üzrə əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
16:05, Bu gün
"Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkar cərimələndi - FOTOLAR
15:58, Bu gün
“Nar” mobil rabitə təlimlərinə davam edir! - FOTO
15:54, Bu gün
8 Noyabr prospektində təmir işləri nə yerdədir? - VİDEO
15:49, Bu gün
İlham Əliyev Ruandanın yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
15:46, Bu gün
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri AÇIQLANDI
15:42, Bu gün
Metrodan istifadə edənlərə ŞAD XƏBƏR: 2026-cı ilədək...
15:38, Bu gün
Banqladeş Prezidenti COP29-da iştirak edəcək
15:35, Bu gün
Nişanı olacaq olan gənci musiqi sədaları ilə dəfn etdilər - VİDEO
15:30, Bu gün
İlham Əliyev Banqladeş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
15:28, Bu gün
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
15:25, Bu gün
Azərbaycan millisi dünya birincliyində ilkə imza atıb
15:20, Bu gün
Dünyanın ən qorxulu ölkələri - Cinayət, müharibə, narkotik... - ARAŞDIRMA + FOTO
15:16, Bu gün
Bakıda qız dərsdən qaçdı - Başına iş gəldi
15:13, Bu gün
Yeni bir nagehan plan – Ermənilər Türkiyəyə yenidən qarmaq atır
15:09, Bu gün
"Putin hətta Şimali Koreyanın köməyi ilə də müharibədə qalib gələ bilməyəcək" - Pentaqon rəhbəri
15:06, Bu gün
Şahin Bağırov aparat rəhbəri və idarə rəisi vəzifələrini onlara tapşırıb
15:03, Bu gün
Niyaməddin Musayev bahalı avtomobilində görüntüləndi - VİDEO
14:58, Bu gün
Noyabr ayına olan hava proqnozu AÇIQLANDI
14:54, Bu gün
Ali Məhkəmə DİN-in şöbə rəisi olmuş Kamil Sədrəddinovla bağlı qərar verdi
14:51, Bu gün
Albaniyanın Baş naziri COP29-da iştirak edəcək
14:48, Bu gün
Konqo Prezidenti Azərbaycana gələcək
14:45, Bu gün
Tağı Əhmədovun hakim oğlu CƏZALANDIRILACAQ - Məhkəmə qərarı
14:40, Bu gün
Bakıda 20-dən çox maşından oğurluq edən şəxslər saxlanıldı - FOTO/VİDEO
14:34, Bu gün
Qanunsuz miqrantlarla bağlı bu qaydalar müəyyənləşir
14:28, Bu gün
Hakan Fidanın London səfəri: Türkiyə və Britaniyanın strateji tərəfdaşlığının inkişafı - TƏHLİL
14:22, Bu gün
Canlı efirdə Zaurun şalvarı söküldü - VİDEO
14:17, Bu gün
Bakı metrosunun yeni nəsil qatarlarının hansı özəllikləri var? - FOTOLAR
14:12, Bu gün
Yeni səfir etimadnaməsini prezidentə təqdim etdi - YENİLƏNİB + FOTO
14:08, Bu gün
Rusiyanın təhvil verdiyi şəxs məşhur biznesmen imiş... - ŞOK DETALLAR
14:04, Bu gün
Bu bürcləri çətin sınaqlar gözləyir - Unutmayın ki...
14:00, Bu gün
Ağadadaş Ağayevin vergi borcundan danışan həmkarı: "O boyda şadlıq sarayı, pulu var, ödəyər" - VİDEO
13:55, Bu gün
COP29-da iaşə xidmətlərinin təşkili qaydası AÇIQLANDI
13:50, Bu gün
Təhsil ekspertindən çağırış: “Uşaqlar üçün uyğun olmayan dərs yükləri psixoloji təzyiq, stress yaradır”
13:48, Bu gün
Prezident yeni səfirin etimadnaməsini QƏBUL ETDİ - YENİLƏNİB + FOTO
13:45, Bu gün
ABŞ prezidenti seçkilərinə 5 gün qalıb: kim irəlidədir? - İctimai rəy sorğusunun nəticələri
13:42, Bu gün
İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu - YENİLƏNİB + FOTO
13:39, Bu gün
"Oğlum 3 yaşına kimi görüb, onu düzgün müalicə etmədilər" - VİDEO
13:36, Bu gün
Yaşadığı villada körpəsini və arvadını ÖLDÜRDÜ: Cinayətdən əvvəlki FOTOsu diqqət çəkdi
13:30, Bu gün
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
13:24, Bu gün
"Halloween" Bakıda necə qeyd olunur? - "Ölülər" və "cadugərlər"in toplaşdığı bayramın sirri... - VİDEO
13:18, Bu gün
Noyabrın ilk gününə olan HAVA PROQNOZU
13:12, Bu gün
BDU komandası Beynəlxalq universitetlərarası startap yarışmasında iştirak edir - FOTO
13:06, Bu gün
Məşhur hospitaldakı saxtakarlıqla bağlı CİNAYƏT İŞİ BAŞLANDI
13:01, Bu gün
Mərkəzi Bankdan kritik qərar - Bu mərkəzlər bağlanır
12:56, Bu gün
Səudiyyə Ərəbistanında 4400 illik qədim şəhər aşkar edildi - FOTO
12:50, Bu gün
Bu qüvvələr bölgəyə gətirilir: Toqquşmalar olarsa... – Ermənistanla sərhəddə nə baş verir? - Müsahibə
12:45, Bu gün
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində kadr dəyişikliyi olub
12:40, Bu gün
Sayt rəhbəri və oğlu şantaja görə həbs edildi
12:35, Bu gün
Axtarışda olan 5 şəxs Azərbaycana ekstradisiya edildi
12:30, Bu gün
Bakı ilə İrəvan arasında birbaşa telefon danışığı: Son detallar müzakirə edildi
12:26, Bu gün
Bu şəxslərə sınaq imtahanları pulsuz olacaq
12:21, Bu gün
COP29 zolaqlarında minik avtomobili ilə hərəkət dayandırılır
12:16, Bu gün
Prezident yeni nəsil metro qatarları ilə tanış oldu - YENİLƏNİB + FOTO
12:13, Bu gün
Nyutonun proqnozu: Qiyamət bu tarixdə qopacaq - FOTO
12:09, Bu gün
Leyla Əliyeva Altıağacda - FOTO
12:05, Bu gün
Maye qazdoldurma məntəqəsinin istismarı dayandırıldı - VİDEO
12:00, Bu gün
BDU nümayəndələri Qazax Milli Aqrar Tədqiqat Universitetində - FOTO
11:56, Bu gün
Sevgililər arasında mübahisə olmursa, deməli, təhlükə var - Sən demə...
11:45, Bu gün
Afət Fərmanqızı 64 600 AZN-lik sırğalarını nümayiş etdirdi
11:37, Bu gün
Bakı metrosunda qaz daşıdılar - ANBAAN GÖRÜNTÜ
11:34, Bu gün
"Temu” “Trendyol”u əvəz edə bilərmi?
11:28, Bu gün
Gömrükdə 10, bazarda 50 MANAT - İdxal məhsullarında qiymət uçurumu nədən yaranır?
11:25, Bu gün
"Qarabağ qazisi olduğum üçün, işi erməni əsilli müstəntiqin aparmasını təşkil etmişdi"
11:19, Bu gün
Bələdiyyə sədri HƏBS EDİLDİ
11:11, Bu gün
Ermənistanla Türkiyə arasında hansı konkret razılaşmalar var?..-Erməni nazir açıqladı...
11:11, Bu gün
“Leyli və Məcnun” operası ABŞ-da səhnələşdiriləcək - Təklif amerikalılardan gəlib - ÖZƏL
11:09, Bu gün
Qərbi Azərbaycanda silahlı qarşıdurma: ölən var
GÜNLÜK
30 Oct 2024 | 21:23
Ukrayna qadınları noyabr ayından hərbi xidmətə çağırılacaqmı?..
30 Oct 2024 | 19:33
“Otaqlar qəzalı vəziyyətdədir...”- Axtaçı kənd ümumi orta məktəbinin bitməyən PROBLEMLƏRİ-ÖZƏL
30 Oct 2024 | 18:40
Ramiz Mehdiyev: "Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun"
30 Oct 2024 | 22:50
Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...
30 Oct 2024 | 20:39
Bağırov  20-ci illərdə Xalq Cümhuriyyəti parlamentinin üzvünü 4 il himayə edib...
30 Oct 2024 | 23:00
Bakıda toyda lağ edilən rəqsin tarixi şok etdi - VİDEO
30 Oct 2024 | 18:35
Sülhə çox yaxın idilər, ABŞ istəmədi - Qurtulmuş
30 Oct 2024 | 19:50
Azərbaycanla Ermənistan arasında COP29-a qədər sülh müqaviləsi imzalanacaq?
30 Oct 2024 | 18:30
Çipslər həzm sisteminə necə təsir edir?
30 Oct 2024 | 18:25
BRİKS-in dolları sıradan çıxarmaq planı: Bacaracaq?
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
26 Oct 2024 | 14:41
"Qarabağ"ın oyununu idarə etmiş hakim diskvalifikasiya olundu
AYLIQ
30 Oct 2024 | 21:23
Ukrayna qadınları noyabr ayından hərbi xidmətə çağırılacaqmı?..
30 Oct 2024 | 19:33
“Otaqlar qəzalı vəziyyətdədir...”- Axtaçı kənd ümumi orta məktəbinin bitməyən PROBLEMLƏRİ-ÖZƏL
30 Oct 2024 | 18:40
Ramiz Mehdiyev: "Mənə kim cinayət işi açır? İşinizlə məşğul olun"
30 Oct 2024 | 22:50
Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...
30 Oct 2024 | 20:39
Bağırov  20-ci illərdə Xalq Cümhuriyyəti parlamentinin üzvünü 4 il himayə edib...
30 Oct 2024 | 23:00
Bakıda toyda lağ edilən rəqsin tarixi şok etdi - VİDEO
30 Oct 2024 | 18:35
Sülhə çox yaxın idilər, ABŞ istəmədi - Qurtulmuş
30 Oct 2024 | 19:50
Azərbaycanla Ermənistan arasında COP29-a qədər sülh müqaviləsi imzalanacaq?
30 Oct 2024 | 18:30
Çipslər həzm sisteminə necə təsir edir?
30 Oct 2024 | 18:25
BRİKS-in dolları sıradan çıxarmaq planı: Bacaracaq?