Siyasət
9168
04 Jan 2021 | 16:23

"Nəyə görə biz “qızıl yumurtlayan” toyuğu öz əlimizlə kəsməliyik...?"

Bir balaca məntiq... Ordumuzun qəhrəmanlığı ilə bərabər Türkiyə-Rusiya tandemi, Qələbəmizi təmin edən əsas xarici siyasi amil oldu. Əgər bu cütlükdən Rusiyanı kənarlaşdırsaq, o zaman tandem dağılacaq və yeni geosiyasi konfiqurasiyanın yaranmasına səbəb olacaq... Necə konfiqurasiya? Məsələn, Rusiyanın Ermənistanı özünün “forpostu” hesab etdiyi modelin bərpası ilə nəticələnə də bilər. Bizə bu lazımdır? Yoxsa biz praqmatik olmalı və bu tandem çərçivəsində maraqlarımızın təmin olunmasını tələb etməliyik? Hesab edirəm ki, biz bu geosiyasi imkanlar çərçivəsində suverenliyimizin bərpası və yerdə qalan 2% məcburi köçürülmüş insanların öz evlərinə qayıtması uğrunda mübarizəni davam etdirməliyik... (860 min. UNHCR məlumatlarına əsasən, 1994-cü ilin statistikası ilə 16 min insan hazırda məcburi köçkündür). Səmimi desək, Azərbaycan, uzun illər təcavüzkarı qovmağa, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa etməyə, hətta ermənilərin 1993-cü ildən qeyri-qanuni istifadə etdikləri əraziləri qaytarmağa imkan verməyən bölgədəki geosiyasi konfiqurasiyanı dəyişdirməklə, demək olar ki, qeyri-mümkün olan bir işi reallaşdırdı. Belə olan halda, nəyə görə biz “qızıl yumurtlayan” toyuğu öz əlimizlə kəsməliyik? Nəzərə alaq ki, Türkiyə də bu strategiyaya riayət edir... Və, təbii ki, sual: beləliklə, kimdir 5-ci kolon?

Tofiq Zülfüqarov, sabiq XİN başçısı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər