“Son iki ay Kreml üçün dəhşətli oldu: Belarus, Gürcüstan itirilib, Ermənistan əldən gedir...”
Siyasət
5746
03 Nov 2020 | 08:44

“Son iki ay Kreml üçün dəhşətli oldu: Belarus, Gürcüstan itirilib, Ermənistan əldən gedir...”

Son iki ayda Rusiya postsovet məkanında Moskvanın nüfuzunu aşağı salan bir sıra güclü zərbələrə məruz qalıb.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksey Makarkin özünün “Facebook” səhifəsində paylaşma edib.

Makarkinə görə, Moskvanın postsovet məkanında qarşılaşdığı problemlərin görünməmiş (zaman içindəki konsentrasiya baxımından) şəkildə bir böyüməsi var. Bunlara Belarusda seçkilərdən sonrakı vəziyyət, Qırğızıstandakı hadisələr, Gürcüstanda parlament seçkilərinin nəticələri və İqor Dodonun Moldovadakı prezident seçkilərində faktiki məğlubiyyəti daxildir. 


Rus politoloq  Azərbaycan və Türkiyənin də regiondakı son proseslərdəki roluna xüsusi diqqət ayırıb. 
“Zəif dondurulmuş Qarabağ münaqişəsinin donunu açan və Əliyevi qətiyyətli mübarizə aparmağa təşviq edən Ərdoğan Cənubi Qafqazın əsas oyunçusuna çevrilib. Rusiya birbaşa Ermənistana kömək edə bilməz və dolayı dəstək hələ də effektsizdir. Vasitəçilik cəhdləri uğursuz alınır - Azərbaycan hücumlarına davam edir. O, seçimini edib və Ermənistanda Moskva ilə ittifaqdan məyusluq artmaqdadır...” -deyə A.Makarkin vurğulayıb.

Sultan Laçın

Link kopyalandı!
Son xəbərlər