Şahzadə:
Siyasət
2999
17 Jan 2020 | 09:04

Şahzadə: "Süleymaninin öldürülməsi İranı dayandırmayacaq..."

Moderator.az CNBC kanalına istinadən xəbər verir ki, Səudiyyə kəşfiyyatının keçmiş rəhbəri Şahzadə Turki Al-Feysəl İran generalı Qasim Süleymaninin ölümündən sonrakı vəziyyəti dəyərləndirib. 

Şahzadə bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri tərəfindən generalın öldürülməsi Tehrana “törətdiyi təxribatların nəticələrindən qaça bilməyəcəyini göstərdi”. 

"Kuliminasiyası Aramco obyektlərinə hücum olan neft tankerlərinə basqın öz cavabını almamışdı.  "Bu, İran hökumətinə və İran rəhbərliyinə bir növ həyəcan siqnalı idi"- keçmiş kəşfiyyat şefi deyib.

Eyni zamanda, Əl-Feysəl hesab edir ki, Süleymaninin ölümü İran “gündəmini” dayandırmayacaq. 

"Bu müəyyən edilmiş çox vacib bir addım idi"- deyib. "Ammma, Süleymaninin ölümünün İranı dayandıracağını mən düşünmürəm. İran Süleymaninin metodlarından istifadə etməyə davam edəcək".

Onun sözlərinə görə, İran rəhbərliyinin "dünyadakı bütün İslamın hakim nümayəndəsinə çevrilməli" gündəliyi və layihəsi var.

O, qeyd edib ki, Tehran öz proyektini inkişaf etdirmək üçün Livandakı Hizbullah və Yəməndəki Hussitlər kimi “surroqatlardan” istifadə edib. "Bu davam edəcək" – deyə proqnoz verib. "Ola bilsin Süleymaninin sağlığında  olandan daha az effektiv olsun, amma olacaq” - cavabını verib.

Əl-Feysəl Amerika qoşunlarının bölgə ölkələrindən çıxarılmasına da toxunub. Onun fikrincə, ABŞ Əfqanıstandan "daha tez çıxmalı idi, o vaxtlar ki, bu işi görmək indikindən daha asan ola bilərdi”. 

“Amerika qüvvələri İraqı tərk etməlidirlərmi” - soruşduqda, o: "bu gün deyil" - cavabını verib.
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər