Qondarma ittihamlarla (dayanacaqda maşını geri verərkən nəzarətçinin ayağını ayaqladığına görə) şərlənərək barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılan tanınmış hüquqşünas Qurban Məmmədov Moderator.az-a məktub yollayıb.
Məktubda siyasi məhbus son günlər Milli Şura daxilində yaranmış ikitirəliyi qınayıb və bu cür polemikaların yolverilməz olduğunu, hakimiyyətin maraqlarına xidmət etdiyini bildirib. Q. Məmmədov hər vəchlə qurumda monolitliyi qoruyub saxlamağa, eyni zamanda mətbuata açıqlamadan konfidensialılığı qorumaq şərtilə Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmayacağı təqdirdə siyasi partiya rəhbəri olmayan hətta Milli Şura üzvü olmasa da başqa bir tanınmış ziyalının namizədliyinin hazırlanmasına çağırıb, ancaq son ana qədər dramaturqun namizədliyi uğrunda mübarizə aparmağın vacibliyini vurğulayıb.
Q. Məmmədov dostlarına xatırladıb ki, Milli Şuranın yaranmasını zəruri edən şərtləri və bu qurumun siyasi liderlərin öz aralarında vahid namizədi müəyyənləşdirə bilmədiklərindən ortaya çıxdığını unutmasınlar.