Prezident Adminstrasiyası İctimai Siyasi şöbəsinin müdiri Əli Həsənov mətbuata verdiyi son açıqlamasında qarşıdan gələn prezident seçkiləri zamanı YAP-ın namizədinin təbliğat və təşviqat kompaniyasının aparılmayacağını bəyan edib.
Ə.Həsənovun bu bəyanatına baxmayaraq YAP-ın Bakıda yerləşən rayon şöbələrinin rıəhbərliyi əyalətlərə ezam olunub və orada seçkilərlə bağlı görüşlər keçirirlər.
Mövzuyla bağlı Moderator.az-ın sualını cavablandıran Fuad Qəhrəmanlı da YAP-ın təbliğata ehtiyacının olmadığını bildirdi:
“Onlar ən peşakar texnoloqlardan istifadə etsələr belə iqtidara qarşı olan mənfi rəyi dəyişə bilməyəcəklər. Bu baxımdan Əli Həsənov çox haqlıdır, onların təbliğata ehtiyacı yoxdur. Bunu bilən iqtidar cəmiyyətdə demokratik mühiti boğmağa çalışır, seçki saxtakarlığına hazırlaşır. Əgər normal təbliğat aparmaq niyyətləri olsaydı bu zorakılıqlara da ehtiyacları olmazdı”.
Xəyal Əzizov