Milli Şuranın bu gün keçirilən toplantısında müxtəlif məsələlərlə bağlı komitə sədrlərinin seçilməsi proseduru gərginliyə səbəb olub.
Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, komitə sədrlərinin sona qədər müəyyənləşdirilməməsi də bu narazılıqdan qaynaqlanıb: “Milli Şuranın bugünkü toplantısında komitə sədrlərinin yetkililərin təklifi əsasında seçilməsi qurumun digər üzvləri tərəfindən narazılığa səbəb olub.
Təşkilatın bəzi üzvləri hesab edir ki, komitə sədrlərinin namizədliyini bu şəkildə irəli sürmək əslində digər şəxsləri bir növ namizədliyi irəli sürülən yeganə şəxsin xeyrinə səs verməyə vadar etmək deməkdir. Şura üzvləri komitə sədrliyinə bir şəxsin deyil, eyni zamanda bir neçə şəxsin namizədliyinin sürülməsinin və daha sonra səsvermə yolu ilə daha çox etimad qazanan şəxsin namizədliyi üzərində dayanılmasını daha demokratik hesab edir. Milli Şuranın bu gün keçirilən iclasında bir çox komitə sədri postunun boş qalması da məhz artan etirazlarla bağlıdır. Rəhbərlik mövcud narazılığın ciddi qarşıdrmaya çevrilməməsi üçün boş qalan komitə sədri yerlərinə seçkilərin gələn toplantılarda reallaşmasına qərar verib”.