ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Vestnik Kavkaza” portalına müsahibəsində Cənubi Qafqaz regionundakı vəziyyəti şərh edib. Bildirib ki, Azərbaycan Misir təcrübəsindən qaçmaq üçün “kişilik göstərib” insan haqlarına əməl etməlidir.
Bəs, görəsən obrazlı desək, Vaşinqtonun bu kişiliyinə güvənmək olarmı?
Moderator.az-ın sualını cavablandıran politoloq Natiq Mirinin sözlərinə görə ABŞ üçün ən əsas amil onların strateji maraqlarıdır: “ABŞ-ın dəstək verib- verməməsindən aslı olmayaraq hər şey xalqların istəyi ilə həll olunur. Xalq əgər ədalətsizliyə dirəniş göstərəcəksə bütün demokratik dünya xalqın yanında olacaq .ABŞ-ın kişilik göstərib göstərməməsi sonrakı plandır. Xalq əgər bir yerdə dəyişiklik istəyirsə buna nail olacaq, ABŞ və digər demokratik qüvvələr də xalqın yanında olacaq”
Xəyal Əzizov