Artıq bir sıra partiya və birliklər öz vahid namizədini müəyyən edərək seçkiyə hazırlaşır. Bəs, görəsən “İslahat bloku” bu seçkidə vahid namizədlə iştirak edə biləcəkmi?
Xatırladaq ki, sözügedən blokda 3 partiya - Ədalət, BAXCP, və Böyük Quruluş partiyaları təmsil olunur.
Moderator.az-ın bununla bağlı sualını cavablandıran millət vəkili, Böyük Quruluş partiyasının sədri Fazil Mustafa belə bir planlarının olmadığını və seçkidə partiya olaraq iştirak edə biləcəklərini qeyd etdi.
Ədalət partiyasının sədri millət vəkili, İlyas İsmayılov isə məsələnin partiyanın qurultayından sonra bəlli olacağını qeyd etdi.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə artıq partiyalarının namizədinin müəyyən olunduğunu dedi:
“Bizim partiya artıq seçimini edib. Gələcəkdə müttəfiqlərimiz tərəfindən vahid namizədlə bağlı hər hansısa təklif olarsa müzakirələr gedə bilər. Hal hazırda isə vahid namizədlə bağlı heç bir müzakirə aparılmır”
Xəyal Əzizov