justify">Ana Vətən Partiyası Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, 29-30 iyun tarixlərində Gürcüstanın Kutaisi şəhərində yerləşən Gürcüstan Parlament binasında Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun təşkilatçılığı ilə Cənubi Qafqazın gənc siyasətçilərinin forumu keçirilmişdir.
Forumda Avropa qonşuluq siyasəti (Avropa və Cənubi Qafqaz perespektivindən baxış), qlobal təhlükəsizlik problemləri (Cənubi Qafqazdan baxış) və iqtisadi əməkdaşlıq (Avropa birliyi və Cənubi Qafqaz) mövzuları ətrafında Azərbaycan, Gürcüstan və Ermənistanın müxtəlif partiyalarından olan gənc siyasətşilərin fikirləri öyrənilmişdir. Azərbaycandan olan gənc siyasətçilər bildirmişlər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca qlobal təhlükəsizlikdən və Azərbaycanın ərazi bütövlüyü təmin olunmadıqca bu iki ölkə arasında heç bir iqtisadi əməkdaşlıqdan söhbət gedə bilməz.
Eyni zamanda Serbiyanın sabiq prezidenti Boris Todiç gənc siyasətçilərin suallarını cavablandırmışdır.
Tədbirdə Ana Vətən Partiyasını mətbuat xidmətinin rəhbəri Ülviyyə Kaşiyeva təmsil etmişdir.